Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

BABANIN MƏLƏK TÜRFƏSİ


 

"Xeberinfo.com":  

Mənim türfə Mələyim, övladlarım - Afaq bəyim, Ayaz bəy  salam. Hamınıza can sağlığı arzu edirəm. Dilimin yarısında bir gəlinin, o biri yarısında digər gəlinin adı bitmişdir. Nəvələr məni gəlinlər arasında ikiyə bölübdür. Gəlinlərin münasibətlərində bir-biriləri ilə razılaşmasalar da onların arasında bölünmüş vəziyyətdəyəm.    

Nə qədər yaşayıram mən Mələklə də nəfəs alacağam. Nəvə  yağış kimi göydən tökülmür. Özünüz Baba-Nənə olanda nəvəni Mələkdən çox istəyəcəksiniz və məni də düzgün başa düşəcəksiniz. Mələk baba üçün Tanrıdan elə bir töhfədir ki, onu qiymətləndirmək, nə iləsə əvəzləşdirmək mümkün deyil.

Məşhur dramaturq Cəfər Cabbarlının yazdığı “Azad bir quşdum” şeiri xatırlanaraq Mələyin diliylə ilə belə yazıldı. Afaq, mümkün olarsa bu şeiriMələyə oxuyarsan:

Tək bir arzuydum,

Qazaxdan uçdum,

Bakıya düşdüm,

Körpə yaşımda.

 

Babaya baxdım,

Ağlayan gördüm,

Qəhərdən doldum,

Kiçik yaşımda.

 

Anama baxdım,

Üzüntü gördüm,

Kədərdən sındım,

Rövnəq yaşımda.

 

Mühitə baxdım,

Ziddiyyət gördüm,

Qazaxa uçdum,

Altı yaşımda.

 

Ata hardasan?

Bəlkə dardasan?

Bilim rahatsan,

Qərib dünyanda.

 

Nənəm yol gözlər,

Atam tez gələr,

Babam da gülər,

Bu gen dünyada.

 

Illər görəcəm,

Yurda dönəcəm,

Sevinc duyacam,

On dörd yaşımda.

 

Quliyev Elxan Sarı o.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam