Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

GƏL ADAM OL, JURNALİST...

 

 

"Xeberinfo.com":   (Bəhri-təvil)

 Millət olub, tarix-tarix, vərəq-vərəq səhfələndik, bölünmüşük, Kür qırağı o taybutay səpələndik,yazan yazdı, yalan-gerçək, davam etdi qara güzgü, ağ həyat. Əsr ötdü, Həsən babam “Əkinçidən” miras qaldı mətbuat, baxaq görək kimə layiq bəs bu ad? Bir anlığa diqqət edək, yazan, yazır, pozan pozur yox yiyəsi görünməyir, yetim qalıb mətbuat. Yazan ki, var doğru, dürüst gör sən hələ,qələminə göz dikilir, söz ölçülür, söz biçilir, qələm sınır, tez biçilir. Dövlət görür, ona tərəf qaçanları, üzə yalan,gözə yalan satanları, meydanlarda bayaraq olub əsənləri, ağız dadı olsa belə aşına duz səpənləri, sözü, sözlə kəsənləri. Bu gün yenə bayram edir əhli kefdi mətbuat, ad satılıb, ad paylayır heyran edir mətbuat. Təltif olub öz yerini tapmayan, özü bilir layiq oub olmayan, bəyan edir mətbuat, seçən seçib əməkdaram, sənə nə var, sözüm dürüst, qələm deyil yeyəm haram, süfrə açıb söz çevirir mətbuat. Vicdan satıb ad almışam, seçilmişəm böyük idim kiçilmişəm , Jurnalistəm, humanistəm mən yazaram, qazılmayan quyuları mən qazaram, quyruq, muyruq bulamaqdı işdisə ha, əbəs deyil mən varam, hesablayin, qismət deyil hasiləm, dövlət mənim, kim deyir ki, payım yoxdu hazıra mən nazirəm? İllərimə sığal çəkib keçmişəm, neçə qələm sındırıb, ustad əli qələmləri biçmişəm, kor etsəm də gözlərimi, qaraya ağ desəm də şərəfli yol keçmişəm. Layiqəm mən hər detala, layiq olan, təqaüdə tərrəqiyə hər medala. Üz tuturam söz deməyə ayaq saxla jurnalist, üzün gülüb, öymə özün jurnalist. Nəyi görüb bəhs eyləyib, vəsf eyləyib nə yazdın? Millətindir, ac-yalavac, süfrəsi boş, yediyidi yal bulamac, kağız-qələm gərək deyil, sox gözünə sən bura bax, sən bura bax! Dilin varsa danışma gəl, şöhrət üçün alışma gəl, alışma sən, danışma sən, millətinin işlərinə belə qansız bulaşma sən! Bəs kim oldun elin deyir düşünmüsən, adına ad qoşdular, deyirlər ki, ZURNALİST. Kələfin də pis dolaşıb açılmayır ZURNALİST! Ağı, qara yazan əlin, nəfsin üçün bacarmayır zurnalist! Yerişini unutmusan, çaşıb qaldın yolun əyri qıç dolaşıb zurnalist! Başında da baş dolaşıb, üz-gözündə qaş dolaşıb gəl adam ol, oynama sən, züy səsinə zurnalist! Qələm sənin yazan əlin, üz ağlığın, şan-şöhrətin saflığın, vicdan olar,adam olsan varlığın. Əyri getmə, düz yeri sən, millət ilə saxlaginən üz yeri sən, uymaginən mala-mülkə, şan-şöhrətə adlara, nümunə ol millətinə yadına, ad qoyulsun, ad içində adına, xalq içində dili uzun söz deyə bil, sev qələmi, sev elini, vicdanlı ol jurnalist, deməsinlər ZÜRNALİST!

 

TƏRANƏ ŞƏMS. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam