Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

BİR GECƏNİN NƏĞMƏSİ...

 

"Xeberinfo.com":  

 

Bu dəli.gərəksiz qollarım kimi..
Bu izsiz ..soraqsız yollarım kimi..
Xəbərsiz-ətərsiz -yox-ların kimi
Nəmdən ağırlaşan kipriyə dönüb
bu payız gecəsi..bu payız günü
hönkürüb-hönkürüb ağlamaq olmur..

Titrək əllərinin ulduz harayı
Özünü özündən soruşa bilmir..
Soyuq gözəllərin soyuq gözləri
Soyuq urəkləri ovuda bilmir..
Bürünüb gecənin qaranlığına
Bürünüb dünənin biranlığına
Sönük kösövləri qalamaq olmur....
Hönkürüb -hönkürüb ağlamaq olmur...

Bu hissiz..bu heysiz ürəyim kimi
Kiməsə xatirə gərəyim kimi..
Sıgınıb gecənin isti qoynuna...
Aldanıb gecənin bu lal oynuna..
Qırılmış telləri bağlamaq olmur..
Hönkürüb- hönkürüb ağlamaq olmur..

Ha söylə ..könlümüz ovuna bir də..
Yanarıq bu səsin qoruna bir də..
Düşərik bu gecə toruna bir də..
Bu payız gecəsi..bu payız günü..

Əllərim əlində uyuya bilmir..
Əllərim dərdini soyuda bilmir..
Bu gecə ağappaq duman içində
Ağappaq yuxunu saxlamaq olmur..
Hönkürüb-hönkürüb ağlamaq olmur...

 

NADİR ZİYADLI.QIPÇAQ.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam