Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

MƏNƏ DƏNİZİ VERİN...!

 

"Xeberinfo.com": 

 

Mənə dənizİ verin...!
Dalğalarla qol-boyun,
Dərdimi çələng edim.
Aram-aram ləpələr,
Üzümü yusun,
Gözümün duzünü,
Sözümün düzünü yusun.
Pşıldaşan ləpələr,
Sığal çəksin telimə.
Mənə dənizi verin...!
Qol açım dalğasına.
Gah ağlayım, yalvarım
Kaşki mənə gülməyə
Sevgimə könül verib, 
Bircə məni dinləyə,
Mənə dənizi verin..!
Qarişim sularına,
Həyat bitsin gözümdə.
Alsın məni qoynuna
Pçıldasın gizlicə,
Orğunca nələr, nələr
Dəcəl, şıltaq ləpələr.
Ehey...!
Gəlmişəm səninləyəm
Dayanmışam üz –üzə,
Eşit məni dinlə sən
Götür, məni qoluna,
Ağlama xısın-xısın. 
Dənizim...! 
Dənizim..!
Dərdimin yolu kəsə,
Yol gəlib ha, uzaqla
Ömrümü kəsə-kəsə.
Mənə dənizi verin,
Ləpəsi vəcdə gəlsin,
Şahə qalxsın dalğası,
Dalğalarla batim mən,
Uzaq olub özümdən,
Küsüb susan bəxtimi,
Sükütunda tapım mən.
Verin mənə dənizi,
Olarsa dərd ortağım
Sularında batım mən.
Mənə, DƏNİZİ verin...!!! 
Dənizi verin...!!!
Uç, ey şair xəyalım
Bir az dur sən aralı,
Dəniz içər dərdimi
Badəsində mey kimi,
Uçmaz ryhum yaralı.

 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam