Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

YOX DƏRDİN LALƏ

 

"Xeberinfo.com":   Lalə, lalə..! Bəzəyisən çölün çəmənin. Gözlərinə nur verirsən səni sevənin. Yanaqların qırmızı, günəşin şəfəqləri tək, könülləri bəzərsən tək-tək. Sual edim səndən: Səndən söran oldumu? Nədən bağrın qaradır nədən, sənin kimi gözəldən, gözləri piyalədən soran oldumu?. Kimdən, nədən utanmısan, beləcə qızarmısan? Üzündə var gəlin həyası, başın aşağı, sanki sevgilinin önündə dayanmısan. Sevdiyin nə deyib sənə, nədən belə usanmısan? Qaralıb bağrın, bəlkə sən də qısqanmısan? Lalə, lalə gözəlliyin göz oxşar, bəlkə deyirsən heç yerim deyil, yamac, düz çöl-çəmən, özünü görmək istərsən sevənlərin telində, əlində. Şairlər səni vəsv etsin gözlərində, sozlərində, qələmin dilində. Lalə sənə mahnılar yazılmadımı? Rəssamlar sənin gözəlliyin önündə əyilmədimi? Gözəlsən lalə, özəlsən, əzəlsən yazılmayan qəzəlsən! Bəlkə qəlbindəki qaradır incəlib səni üzən, dilinə söz düzən. Bir dillənsənə! Lalə, mən də səni sevirəm təbiətin gözəli kimi, yaradanın ətası kimi. Sənə bu gözəlliyi tanrı verdi, çölü, düzü , çəməni sənə məkan etdi. Yaqlarındaki rəng təbiərin harmoniyasıdır əks olunub piyalə gözlərində, al yanağında, bal dodağında. Yaradan rəva bilmədi, əkiləsən, səpiləsən bağban əlilə becəriləsən. Səni azad hürr, sərvəti dürr yaratdı ömrün qısa olsa da. Aşiqlər də sevdiklərini sənlə oşşarlar, səni dəstə-dəstə, qucaq -qucaq toplarlar çələng hörərlər, sevərək bölərlər. Tanrının verdikləri azmı, azmı sənə? Sən üzlərdə həyasan yanaqları allanan lalə! Qaralan xaldır, yanağında, təbəssümün baldır dodağında, gözəlliyin qaradır bağrında. Aç gözlərini boynubükük yorğanı qar olan bənövşəyə bax, nərgizə, qərənfilə bax? Qəmgin olma, xöşbəxtliyi baxışından, çölün-çəmənin naxışından as laləm mənim, bağrımın qarası, ürəyimin yarası naləm mənim! Üzülmə..! Sənin günahın yox ki, qızarmısan, təbiətin rəngidir rəngin, bağrın qaradır budurmu dərdin? Başını dik tut, olma belə qəmgin. Yaz gələndə, rəssamın təbiət, çöl-çəməndir sərgin, yox dərdin lalə, YOX DƏRDİN...

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam