Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Polisin qaradərilini öldürməsi ABŞ-da etirazlara səbəb oldu - FOTO+VİDEO

Polisin qaradərilini öldürməsi ABŞ-da etirazlara səbəb oldu - FOTO+VİDEO
ABŞ-da fırıldaqçılıqda ittiham olunan Corc Floyd adlı şəxsin saxlanılarkən polis tərəfindən boğularaq öldürülməsi Minneapolis ştatında etirazlara səbəb olub.
Yenixeber.org: Etirazçılar cinayəti törədən polislərin həbs olunmasını tələb ediblər.



Minlərlə etirazçı küçələrə çıxaraq polislərin həbs olunması üçün yürüş ediblər. Onlar Corc Floydun ölümündən öncəki son sözləri - "Nəfəs ala bilmirəm" yazılmış plakat qaldırıblar.

Polis etirazları dağıtmaq istəyib, nəticədə qarşıdurma yaşanıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə edib. Yalnız bundan sonra Minneapolis ştatının polis idarəsinə doğru yürüş edən etirazçıları ərazidən uzaqlaşdırmaq mümkün olub.



Corcun ailəsi isə günahkarların cəzalandırılmasını tələb edirlər. Onlar oğullarının ölümündə iştirak edən 4 polisin ədalətli mühakimə olunmasını və həbs edilməsini istəyirlər. Corcun ailəsi və yaxınları bildirirlər ki, Amerikada yaşamaq qaradərililər üçün təhlükəli hala çevrilib.



Minneapolis ştatının bələdiyyə sədri Yakob Frey isə qaradərili insanlardan üzr istəyib. Qeyd edib ki, Amerikada qaradərili olmağın cəzası ölüm olmamalıdır: "5 dəqiqə ərzində ağdərili bir polis dizini qaradərili adamın boynuna sıxır. Düz 5 dəqiqə. Birinin köməyə ehtiyacı olduğu zaman ona əl uzatmalıyıq".



Minneapolis ştatının polis idarəsinin rəisi Medaria Arradondo isə deyib ki, hadisəni törədən polis əməkdaşları işdən uzaqlaşdırılıb. Bununla bağlı açılan cinayət işi Federal Təhqiqatlar Bürosunun iştirakı ilə davam etdirilir.



Qeyd edək ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam