Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ərdoğan - məşhur aparıcı barəsində cinayət işinin açılmasını istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “FOX” televiziyasının məşhur aparıcısı Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib.

Yenixeber.org: Dövlət başçısı məşhur aparıcını sosial şəbəkədə yalan və xalqı çaşdırmağa yönəlmiş məlumatlar paylaşmaqda ittiham edir.

R.T.Ərdoğanın vəkili Ahmet Özəl deyib ki, dövlət başçısı yazılı müraciətində milli həmrəyliyin önəmini vurğulayıb, könüllülük əsasında kampaniyaya göstərilən təvəccöhdən bəhs edib, görülən bütün tədbirləri açıqlayıb və tarixi bir nümunə olaraq Təkalifi Milliyə qanunundan söz açıb.  

Vəkil A.Özel Fatih Portakalın tvitində R.T.Ərdoğanın nəzərdə tutmadığı ehtiyatı olan və əmanətçilərdən zorla vəsait istəniləcəyi yönündə işlətdiyi ifadələrin yalan olduğunu vurğulayıb: “Bunlar tamamilə yalan və xalqı çaşdırmağa, aldatmağa hesablanmış ifadələrdir. Bu səbəbdən cinayət işinin qaldırılması ilə bağlı prokurorluğa müraciət etmişik”.

F.Portakalın həmin tvitində bu sözlər yer alıb:

“Təkalifi Milliyə yada salınaraq, “bir də çətin günlərdən keçirik” deyilərək əmanəti və ya ehtiyatı olanlarda pul istəniləməsin! Koronasonrası ödəyək deyirlərmiş bir də! Olmaz, olmaz deyə bilmirəm, təəssüf ki!”.

Qeyd edək ki, Təkalifi Milliyə Türkiyənin İstiqlaliyyət müharibəsi dövründə ordunun ehtiyaclarını qarşılamaq üçün hazırlanan qanun olub. Qanuna görə, ehtiyac olduğu təqdirdə xalqa məxsus mülk və ya pul müsadirə edilə bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam