Redaktor seçimi
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
Günün xəbəri

Koronavirusdan sağalan gənc: "Əvvəl adi qrip idi, ancaq, sonradan ortaya çıxan bir əlamət..."- VİDEO


Koronavirusdan sağalan gənc xəstəliklə mübarizədə vacib məqamlardan danışıb.
Yenixeber.org: Koronavirusa yoluxan İngiltərə vətəndaşı Konor Rid mərhələ-mərhələ xəstəliyə necə yoluxduğunu və sağaldığını açıqlayıb. Həmin şəxsin dediklərini olduğu kimi təqdim edirik:

"Məndə koronavirus 3 mərhələdə ortaya çıxdı. Əvvəl bir az soyuqdəyməm vardı. Hər kəsin keçirdiyi adi soyuqdəymə idi. Sonra qrip mərhələsinə keçdim. Həyatımda bir neçə dəfə qrip olmuşdum, ancaq, bu, gördüyüm ən pis qrip idi. Daha sonra sağaldım, ancaq, məndə pnevmoniya əlamətləri ortaya çıxmağa başladı. Bu mərhələdə xəstəxanaya getmək qərarına gəldim çünki, vəziyyətin ciddi oduğunu hiss eləmişdim".
Konor Rid söhbətin davamında bildirir ki, bu vaxt bir əlamət, nəfəs alıb-verməkdə yaşadığı çətinlik onda müəyyən şübhələr oyadıb:
"Bu vaxt narahat olmağa başladım. Bu müddətdə burun tutulması, ağır öskürəklər mənə narahatlıqlar verirdi. Ümumi olaraq özümü o qədər də pis hiss etmirdim ancaq, məndə halsızlıq vardı. İşıq və səsdən çox narahat olurdum, ancaq istirahət etmək istəyirdim. Yaxşı hiss eləmirdim ancaq, həyati təhlükəm də yox idi. Pnevmoniya olanda mənə elə gəlirdi ki, ağciyərimin sadəcə yarısından istifadə edirəm". 
İngiltərə vətəndaşı bildirdi ki, nəfəs ala bilməsinə baxmayaraq, sanki bədəninə lazımi qədər oksigen getmirdi:
"Ağciyərlərimdə ağırlıq hiss edirdim, yüklənmiş kimi idi. Mənim xəstəliyə yoluxmağım və sağalmağım bir ay çəkdi. Xəstə olduğum müddətdə həyatımda bir çox şey dəyişdi. Mən inanıram ki, Çin hökuməti bu virusla mübarizədə lazımi tədbiləri görəcək və hər şey yaxşıya doğru gedəcək. Koronavirusun yayıldığı yerlərdə karantin elan edilməsi olduqca yaxşı haldır ancaq, insanlar şəxs olaraq lazımi tədbirləri görməlidirlər”.


шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}