Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ UKRAYNAYA “ÖLDÜRÜCÜ SİLAHLAR” GÖNDƏRİR?

 

 

Ukraynanın Donbas bölgəsində baş verən döyüşlərin miqyası genişləndikcə ABŞ-ın Kiyevə mümkün hərbi yardımı haqqındakı daha çox danışılmağa başlanılıb.

 

0mi
"Xeberinfo.com":  Məlum olduğu kimi, 31 yanvar tarixində üçtərəfli əlaqə qrupunun Minskdə keçirilən görüşü tamamilə nəticəsiz başa çatıb. Qondarma Donetsk və Luqansk respublikalarının nümayəndələri Belarus paytaxtında atəşkəs elan olunması və döyüşən tərəflər arasındakı xəttin müəyyənləşməsi haqqındakı bundan əvvəlki razılaşmanın yerinə yetirilməsindən imtina ediblər. Separatçılar bütün cəbhə xətti boyunca hücuma keçiblər və əlavə olaraq isə 100 min nəfərin səfərbər olunacağını bildiriblər.

Ukrayna Milli Təhlükəsizlik Şurasının məlumatlarına əsasən qondarma Luqansk və Donetsk respublikaları Rusiya Fedarasiyası tərəfindən yeni silahlar alıblar. Separatçı yaraqlılar nəzarətləri altında olan əraziləri genişləndirmək istəyirlər. Ukrayna prezidenti Pyotr Poroşenko Minsk formatı adlandırılan qrupun nümayədələrini atəşkəs haqqındakı memmarandumun şərtlərini yerinə yetirməyə çağırıb. Lakin artıq hamıya tam aydındır ki, Donetsk və Luqansk respublikaları (oxu: Rusiya-müəl.) Kiyev ilə sülh danışıqları aparmaq niyyətində deyillər.
Bu cür vəziyyətin yaranması isə Ukarynaya geniş seçim imkanı vermir. Ukrayna özünü qorumağa məcburdur . Elə bu səbəbdən də elan olunmuş ABŞ hərbi yardımı Kiyev üçün çox vacibdir.


İndiyədək ABŞ Ukraynaya təsirli, necə deyərlər, “öldürücü silahlar” göndərməyib. Göndərilən yardımlar-zirehli göndəkcələr, tibbi ləvazimatlar və digər bu kimi vacib məmulatlardan ibarət olub.

Hazırda üç institutut-“ABŞ Atlantik Şurası”, Brukinqs İnstitutu” və “Qlobal məsələlər üzrə Çikaqo şurası”ABŞ prezidentinə Ukraynaya tank əleyhinə raketlər, zirehli transportyorlar, insansız uçan qurğular, xüsusi mobil radarlar göndərilməsini tövsiyyə ediblər. Göndərilməsi nəzərdə tutulan silahların ümumi dəyəri 3 milyard dollar həcmindədir . Bu elədə az məbləğ deyil…

Müqayisə üçün bildirmək lazımdır ki, 2015-ci il üçün Ukrayna ordusunun büdcəsi 2,7 milyard dollar təşkil edir. Mümkün olması gözlənilən üç milyard dollarlıq ABŞ hərbi yardımı nəinki rəsmi Kiyev, həm də Moskva üçün inanılmaz məbləğ təsiri bağışlayır.
2OBPBu yardım Ukrayna üçün böyük ümüd, Moskva üçün isə onun hərəkətlərinə qarşı dünya ictimaiyyətinin növbəti reaksiyası anlamına gəlir.Vaşinqtonun atacağı addımlar Putinə xəbərdarlıq mesajı ola bilər. Hər halda Moskvada bundan sonra da separatçıları müdafiə edəcəyi və silahlandiracaği təqdirdə Ukraynanın şərqində hansı mümkün ssenarilərin inkişaf edəcəyi barəsində aydın təsəvvür yaradar.

Ukraynaya müdafiə silahlarının göndərilməsi məsələsində Vaşinqtonun mövqeyi müəyyən mənada, ABŞ-ın Avropalı həmkarları olan Almanya və Fransadan da asılıdır. Beləki, Angela Merkel və Fransua Olland əmindirlər ki, Ukraynanın şərqindəki vəziyyətin Minsk formatı çərçivəsində sülh yolu həll edilməsi imkanları hələ tükənməyib. Baxmayaraq ki, 31 yanvarda Donetsk, Luqansk və Rusiya nümayəndələri Minsk formatının üstündən xətt çəkdilər…
1prFransa və Almaniya anlayır ki, ABŞ tərəfindən Ukraynaya ediləcək hərbi yardım bu ölkənin şərqindəki vəziyyəti daha da şıddətləndirəcək. Nnəticədə də Avropa qitəsindəki sülh təhlükə altına düşə bilər.
Elə ona görə də Avropa liderləri və ABŞ əsas diqqəti Vladimir Putini Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqlar stolu arxasında oturmağa məcbur etməkdir. Bunun “normand” və ya ”İsveçrə”formatında olmasının heç bir fərqi yoxdur. Başlıca məqsəd Donbasdakı müharibəyə son qyulmasıdır.
Aydındır ki, bu məsələnin həll olunması üçün danışıqların Donetsk və Luqnsk nümayəndələri ilə keşmiş prezident Leonid Kuçma arasında deyil, Qərb liderlərinin iştirakı ilə Ukrayna və Rusiya prezidentləri arasında aparılması vacibdir (Deutsche Welle).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam