Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NATO ölkələri Rusiyaya qarşı

 

Bu həftə Belçikanın paytaxtında yüksək səviyyəli görüşlər olacaq
NATO ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə iclas keçirəcəklər.

"Xeberinfo.com":  Məlumata görə, bu, NATO-nun ötən il Uelsdə keçirilmiş sammitindən sonra ilk belə yığıncağıdır.
Bu iclasda NATO nazirləri alyansın yeni təhlükələrə hazırlığı məsələsini müzakirə edəcəklər.
Söhbət ilk növbədə NATO-nun Şərqi Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin təminatından gedir.Görüşdə Ukrayna böhranının da müzakirə olunacağı gözlənilir.
NATO nazirlərinin Brüssel görüşünün keçirildiyi eyni gündə ABŞ dövlət katibi Con Kerri Kiyevə səfər etməldir.
NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, Brüssel görüşündə nazirlər “Çevik hərəkət qüvvələrinə” hansı ölkələrin hərbi birləşmələrinin daxil olacağı müəyyənləşdiriləcək.
Bundan başqa Estoniya, Litva, Latviya, Rumıniya, Polşa və Bolqarıstanda NATO-nun koordinasiya mərkəzlərinin yaradılması da gündəlikdədir.
NATO bəyan edir ki, şərqdəki müttəfiqlərinin, xüsusilə Rusiya təhlükəsindən müdafiəsinə hazır olmalıdır.
Bu arada ABŞ-ın NATO-dakı səfiri bildirib ki, Amerika kəşfiyyatı son həftələrdə Rusiyanın yeni qüvvələrinin Ukrayna ərazisinə müdaxiləsini müşahidə etməyib, hərçənd indiyədək gətirilmiş qüvvələr hələ də Ukraynadadır.

ANS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam