Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğandan Fətullah Gülənə yeni ittiham

 

Türkiyə prezidenti Gülən camaatınının fəaliyyəti ilə bağlı yeni iddia irəli sürüb.

"Xeberinfo.com":  Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “parallel hökumət” olaraq adlandırdığı Fəthullah Gülən camaatını İsrailin xarici kəşfiyyat servisi MOSSAD-la işbirliyi qurmaqda ittiham edib. O, paralel hökumətin təkcə ona yox, bütövlükdə Türkiyənin milli təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. “Telefonların dinlənməsi axı nə deməkdir? MİT (Milli Kəşfiyyat İdarəsi) TIR-larının fotoşəkillərini çəkərək dünya mediasında dərc etmək, yayımlamaq nə deməkdir? Bunlar milli deyillər. Bunlarla iş görənlər tezliklə peşman olacaqlar. Kim bunlara qarşı mövqeyini göstərməsə, ölkəsinə, vicdanına, dininə haqsızlıq etmiş olacaq. Əgər paralel hökumətin hələ də MOSSAD-la eyni işi tutduğu görülmürsə, təəssüflər olsun” – deyə R.T.Ərdoğan bildirib./anspress/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam