Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Moskvada Sarrac və Haftarın görüşü olacaq

Moskvada Sarrac və Haftarın görüşü olacaq
Rusiya Xarici İşlər Nazirliyi bu gün Liviya Milli Razılıq hökumətinin rəhbəri Faiz Sarac və ordu qüvvələrinə rəhbərlik edən general Xəlifə Haftar arasında Moskvada görüş keçiriləcəyini təsdiqləyib.
Yenixeber.org: Görüş Rusiya və Türkiyə Xarici İşlər nazirləri və Müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutacaq.

“İstanbul zirvə görüşündə elan olunan Rusiya və Türkiyə prezidentlərinin təşəbbüsü kontekstində, bu gün Moskvada Rusiya və Türkiyənin Xarici İşlər, Müdafiə nazirliklərinin rəhbərlərinin himayəsi ilə Liviya ilə bağlı təmaslar keçiriləcək. Sarac və Haftarın, eləcə də Liviya tərəfinin digər nümayəndələrinin bu təmaslarda iştirakı gözlənilir", - deyə Rusiya XİN bəyan edib.

Xatırladaq ki, Sarac bazar günü Türkiyədə səfərdə olub, bu gün isə Moskvaya gedəcək. Haftarın artıq Moskvada olduğu bildirilir. Bu gün, həmçinin Türkiyənin Milli müdafiə naziri Hulisi Akar da Moskvaya səfər edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam