Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Fransa səfirindən “erməni soyqırımı” ilə bağlı açıqlama

 

Səfir Jerar Aro: “Fransada Holokostun inkarının qadağan olunması haqda qanun var, çünki Holokost doğrudan da baş verib”

"Xeberinfo.com":  Məlumata görə, Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib.

Qeyd edək ki, səfir J. Aro Fransada Holokost (yəhudi soyqırımı) və “erməni soyqırımı”nı inkar etməyin qanunla qadağan olunduğu halda, nə üçün islam əleyhinə karikaturalar çəkilməklə provokasiya törədilməsinə icazə verildiyi barədə sualı belə cavablandırıb:“Əslində “erməni soyqırımı”nı inkar etməyin qadağan olunması haqda qanun yoxdur. Holokostun inkarı ilə bağlı qanun var, çünki bu, fikir deyil, Holokost doğrudan da baş verib. “Holokost” olmayıb deməklə siz hansısa fikir ifadə etmirsiniz, çünki bu, faktdır. Fransada Holokostu inkar etməkdən başqa hər şeyə icazə var. Əlbəttə, insanı ləkələyən məlumatlardan başqa”.

Fransadakı Erməni Bürosunun məktubunda isə deyilir ki, Fransa təmsilçisinin bu fikirləri dövlətin rəsmi mövqeyinə ziddir, çünki Fransa rəsmi şəkildə “erməni soyqırımı”nı tanıyıb. Məktub müəllifləri səfirin bu sözlərinə rəsmi münasibət bildirilməsini xahiş ediblər. Amerika Erməni Milli Komitəsi isə Fransanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam