Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qərbdən Putin üçün yeni təhlükə

 

Dünya birjalarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması prosesi davam edir. Təbii ki, bu, qazın qiymətinə də öz mənfi təsirini göstərir. Neftin və qazın qiymətinin ucuzlaşması dünya enerji bazarında mühüm yer tutan və Rusiya üçün böyük maliyyə itkisidir. Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi böhranın yaranması nəzərə alınsa, demək olar ki, enerji sahəsindəki ucuzlaşmalar da Moskva üçün xoş perspektivə gətirib çıxarmayacaq.  

"Xeberinfo.com":  Məlumata görə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qaz artıq Avropa və Asiya bazarlarında ucuzlaşıb. İlham Şaban vurğulayıb ki,  qazın qiyməti neftə və neft məhsullarına bağlı olduğundan Rusiya  son 2 rübdə qiymətlərini 50% itirib. “Ancaq qazın qiymətinin ucuzlaşması neftin qiyməti qədər olmur. Məsələn, “Qazprom” 2015-ci ilin 1-ci rübü üçün mavi yanacağın qiymətinin 9-12 faiz ucuzlaşacağını bildirib. Bu da hər bir ölkə üzrə müxtəlif danışıqlar və müqavilə şərtlərinə görə edilir”,-deyə eksperti bildirib.   Onun sözlərinə görə Rusiya bir ildə xaricə  150 milyard kubmetr qaz satır. İlham Şaban söyləyib ki, qazın qiymətinin 10-12% aşağı düşməsi “Qazprom”un gəlirlərinin 15 milyard dollara qədər azalması deməkdir. 

Modern.az 

<p">


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam