Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

BBC Məhəmməd peyğəmbər qadağasını ləğv edir

 

Britaniyanın ictimai radioteleviziya yayınçısı BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair daxili qaydalarına yenidən baxır. 

 

"Xeberinfo.com":  Məlumata görə, Korporasiya bunu da da bildirib ki, efirə nəyin verilib-verilməməsi BBC-nin artıq uzun illərdir, oturuşmuş siyasətinə uyğun olaraq proqram hazırlayanların seçiminə bağlıdır.

Lakin bundan əvvəl BBC-nin tanınmış aparıcılarından David Dimbleby həftəlik “Question Time” proqramında bildirmişdi ki, Məhəmməd peyğəmbərin hər hansı təsvirlərinin yayınlanmaması korporasiyanın siyasətidir.

O hətta efirə BBC-nin redaksiya qaydalarından müvafiq maddəni də oxumuşdu.

Bununla belə, bu bəyanatın Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasında törədilmiş qətliamla eyni vaxta təsadüf etməsi tamaşaçıların hiddətinə səbəb olub.

Nəhayət bundan sonra BBC elan edib ki, sözü gedən qadağan qaldırılıb.

BBC sözçüsü bildirib: “Bu qaydalar köhnəlib və proqram hazırlayanların redaktə seçimin azadlığına dair BBC-nin mövqeyini əks etdirmir”.

Sözçü bildirib ki, BBC-nin yaradıcı heyəti incə mövzulara həsr olunmuş proqramları hazırlayarkən hər bir halda ayrıca redaksiya seçimi edir.

O həmçinin deyib ki, Məhəmməd peyğəmbərin təsviri ilə bağlı redaksiya qaydasına yenidən baxılır.

BBC artıq ilk dəfə olaraq “Charlie Hebdo”ya hücum barədə xəbəri efirə verərkən jurnalın üz qabığını və üz qabıqdakı karikaturanı da efirə verib.

Beləliklə, redaksiya qadağanı de facto ləğv olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam