Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür - Rəsmi

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür.

Yenixeber.org:  Bu fikir ölkənin Nazirlər Kabinetinin iclasında səslənib. İclasda Pakistanın quru yolu ilə Hindistandan Əfaqnıstana gedən ticarət maşınlarına da tam qadağa qoyulması fikri dəstəklənib.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Son vaxtlar isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam