Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fransada-G7 sammiti başlayır

Fransanın Biarriç şəhərində bu gün keçiriləcək G7 sammiti əleyhinə Uryun şəhərində (Atlantik Pireney departamenti) təşkil edilmiş nümayişin ən azı 17 iştirakçısı saxlanılıb.

Yenixeber.org:  Nümayişçilərlə polislər arasında toqquşmalar antiqlobalistlərin düşərgəsi yaxınlığında baş verib. Etirazçılar tərəfindən atılmış fişəngin düşməsi nəticəsində dörd polis əməkdaşı yüngül xəsarət alıb. Departament prefekturasının məlumatına əsasən, qarşıdurma yerli vaxtla təxminən saat 22-da dayandırılıb.

 

Qeyd edək ki, bu gün axşam Fransa Prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.

Virtualaz.org xatırladır ki, sammitlə əlaqədar şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Xüsusən terror hücumları ehtimalına qarşı 13 min 200 polis və jandarmla yanaşı, 450 yanğınsöndürən səfərbər olunub. Liderlərin qalacağı otelə və şəhərin mərkəzinə gedən yollar nəqliyyatın hərəkətinə bağlanacaq. Şəhər mərkəzinə yalnız icazəsi olan sürücülər və piyadalar girə biləcəklər. Sammit vaxtı şəhərdəki qatar vağzalı və hava limanı da bağlı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam