Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian

Donald Trampın Qrenlandiya adasını almaq istəyi və daha sonra buna görə Danimarkadan küsməyi onun prezidentliyi dövründəki növbəti lətifələrdən birinə dönüb.

Yenixeber.org:  “Xoşbəxtlikdən ölkələrin alınıb-satılması dövrü artıq keçib. Gəlin artıq bunu keçmişdə buraxaq. Zarafat bir yana, biz həqiqətən Birləşmiş Ştatlarla daha sıx strateji münasibətlər qurmaq istəyirik”, - deyə Danimarkanın baş naziri Mette Frederiksen məsələyə bu cür münasibət bildirib.

“Lakin Tramp üçün alış-satış prinsipləri keçmişdə qalmayıb. Çünki onun özü rusiyalı və səudiyyəli dostlarla çox alverə girib. O qədər ucuz bir adamdır ki, onu hətta sanksiyaların ləğvi müqabilində Moskvada Tramp qülləsi tikmək təklifi ilə yoldan çıxarmaq olar”, - deyə “The Guardian” qəzetindən Riçard Uoffe yazıb.

“Qrenlandiya Trampın beyninə elə-belə gəlməyib. O Rusiyanın radarında da mühüm yer tutur. Bu ilin əvvəlində rəsmi Moskva qütb dairəsindəki kiçik Kotelniy adasında hərbi bazasını qurub. Bu ada qütb bölgəsində iqlim dəyişikliyinin fəlakətli nəticələrinin göz önündə olduğu ərazidə yerləşir. Arktika isə neft və nadir metallarla zəngin olan qitə sayılır. Bu mənada Danimarka da planetin əl dəyməyən bölgəsinin qarət olunmasına icazə verə bilərdi. Hər halda Rusiyanın iqlim böhranının baş alıb getdiyi bir zamanda bu məsələdə hansı yeri tutduğunu təxmin etmək çətin deyil... indi Trampın düşüncəsiz şəkildə Qrenlandiyanı almaq istəyini dilə gətirmək istəməsi Putinin idarəçiliyi altında necə bir marionet ABŞ prezidentinin olduğunu daha aydın görmək olar”, - deyə Uoffe ağır cümlələr işlədib.

Müəllif Danimarkanın keçmiş xarici işlər naziri Villi Sevndallın Ağ Evin rəhbərini “narsis səfeh” adlandırdığını yada salıb. “Lakin bu kloun artıq heç kmi güldürmür”, - deyə keçmiş nazir qəzəblə bildirib.

“Əsas problem bundan ibarətdir ki, bu adam dünyanın ən qüdrətli dövlətinin başçısıdır. Və bu problemdən bütün dünya əziyyət çəkməlidir. Lakin onu yalnız ABŞ seçiciləri həll edə bilər”, - deyə R.Uoffe yazısını bu sözlərlə yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam