Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ucuzlaşan neftin qlobal iqtisadi artıma təsiri

 

Düşən neft qiymətləri, dünya miqyasında hər nə qədər istehlakçı və şirkət xərcləmələrinin artmasına dəstək olsa da mütəxəssislərin qlobal iqtisadi artım proqnozlarını yüksəltmələrinə kafi görünmür.

"Xeberinfo.com":  Məlumata görə, Çin, Rusiya və Braziliya kimi inkişaf edən bazarlardakı mənfi görünüş və Yunanıstanın avrodan çıxması ehtimalı kimi geo-siyasi risklər, geriləyən enerji xərclərindən təmin edilən faydalara kölgə salır.

İqtisadçıların 2015-ci il üzrə dünya iqtisadi artım proqnozunda Oktyabr ayından bu yana dəyişiklik baş verməyib. İqtisadçılar böyümə təxminlərini Oktyabr ayında 3.6%-dən 3.5%-ə salmışdılar.

JPMorgan Chase & Co.-nun baş iqtisadçısı Bruce Kasman, “İnsanlar, dünya daxilində riskləri görmələri ilə narahatdırlar. Qeyri-müəyyənlik mövcuddur” deyib.

İqtisadçıların təxminlərini artırmaqdakı istəksizliyi və real qlobal iqtisadi artımın ardıcıl 4 il proqnozlardan aşağıda qalması qlobal böyümədəki kövrəkliyə işarə edir. JPMorgan, neftin barelinin 60 dollarda qalmasının qlobal iqtisadiyyatın artımına əlavə 0.5% qatqı təmin edəcəyini təxmin edir. Bank İyul ayındakı 3.3%-lik qlobal iqtisadi artım proqnozunu (2015-ci il üçün) 2 Yanvarda 2.9%-ə salmışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam