Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan ABŞ-a qarşı

 

Ərəstun Oruclu: «Qərb dairələrində, xüsusən analitik çevrələrdə belə bir yanaşma var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya Azərbaycana müəyyən vədlər verib»

"Xeberinfo.com":  Sülhəddin Əkbər: «Rəsmi Bakının ABŞ-a qarşı gözlənilməyənə sərt mövqe nümayiş etdirməsi ABŞ-ın Azərbaycanda olan maraqlarının qismən ödənilməsi ilə bağlıdır».
Son günlər ABŞ-la rəsmi Bakı arasında münasibətlərinin öz cizgilərindən çıxması açıq aşkar hiss olunmaqdadır. Münasibətlərin hər gün gərginləşdiyi bu günlərdə bir məsələ daha çox diqqəti çəkməkdədir. Sanki rəsmi Bakı ABŞ-la münasibətlərin korlanmasında daha maraqlı tərəf kimi çıxış edir. Belə ki, ABŞ rəsmiləri Azərbaycana qarşı səsləndirdikləri bəyanatlarda çizgiləri aşmamağa çalışmaları hiss olunsa da, Azərbaycan rəsmilərinin ABŞ-a qarşı səsləndirdikləri bəyanatlar daha radikallığı ilə nəzəri cəlb edir.
Nəzərə alsaq ki, normalda Azərbaycan tərəfi Vaşinqtonla münasibətlərin sabit xətt üzrə inkişafına maraqlı olmalıdır. Bu Azərbaycanın regiondakı maraqlarına daha çox uyğundur. Lakin hazırda müşahidələr göstərir ki, Azərbaycan ABŞ-a qarşı daha aqressiv notlarla yüklənib. Bəs bu aqqessiv əhval-ruhiyyəni yaradan hansı səbəbdir?
PİA.AZ-ın əməkdaşı bu məsələ ilə bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun və NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbərin fikirlərini öyrənib.
Ərəstun Oruclu: «Faktiki olaraq bu gün Türkiyə regional güc olmağa iddalı bir ölkə olaraq çıxış edir və buna görə də ABŞ-la bir sıra məsələrdə fikir ayrılıqları mövcuddur»
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə rəsmi Azərbaycanın ABŞ-a qarşı daha çox aqressiya nümayiş etdirməsində Rusiya faktoru istisna olunmamalıdır.
«Azərbaycan rəsmilərinin ABŞ-a qarşı sərt mövqeyini Rusiya ilə yaxınlaşmanı səbəb kimi göstərmək istərdim. Qərb dairələrində, xüsusən analitik çevrələrdə belə bir yanaşma var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya Azərbaycana müəyyən vədlər verib. Ona görə də Azərbaycan ABŞ-a qarşı sərt mövqedən çıxış edir.
Amma Azərbaycan rəsmlərinin ABŞ-a qarşı daha kəskin və aqressiv çıxışlar etmələrinin əsl səbəbini demək çox çətindir. Çünki yüksək ehtimalla bizim bilmədiyimiz hansısa məqamlar var. Buna baxmayaraq  mən hesab edirəm ki, bu rəsmi Bakının xarici siyasət kursunda Rusiyaya meyillənməyin nəticələridir. 
Bu da tək səbəb deyil, digər  səbəblərdən biri də, Azərbaycanın Türkiyə hakimiyyəti ilə daha isti münasibətlərdə olması ola bilər. Faktiki olaraq bu gün Türkiyə regional güc olmağa iddalı bir ölkə olaraq çıxış edir və buna görə də ABŞ-la bir sıra məsələrdə fikir ayrılıqları mövcuddur. Ona görə də hesab etmək olar ki, Azərbaycan Türkiyənin maraqları daxilində çıxış edir və bu geosiyasi maraqları müdafiə edir.
Amma hər halda mən Azərbaycanın ABŞ-a qarşı mövqyeinin dəyişməsini daha çox Rusiya ilə yaxınlaşma faktoru ilə izah edərdim. Çünki bunun artıq bir çox detalları özünü büruzə verməkdədir. Məsələn İlham Əliyevin son müsahibələrində əsas devizlərin Rusiya Azərbaycan münasibətlərini önə çıxarır və hiss olunur ki, dövlət başçısı üçün Rusiya Azərbaycan münasibətləri daha böyük önəm daşıyır. Hal-hazırda isə Xəzərdə Rusiya, Azərbaycan, Qazaxıstan hərbi təlimləri başlanıb. Bu da yaxınlaşmanın göstəricilərindən biridir. 
Qərb dairələrində, xüsusən analitik çevrələrdə yanaşma var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya Azərbaycana müəyyən vədlər verib. Bu vədlər də  bir neçə rayonlarımızın qaytarılmasıdır ki, bu barədə də dəqiq bir məlumat yoxdu. İstənilən halda bütün söylədiyim məqamlar göstərir ki, Azərbaycanla Rusiya arasında əvvəlkindən də üstün bütün əməkdaşlıq mövcuddur. Ola bilər ki, Qərb Azərbaycan münasibətlərinə xüsusən də ABŞ Azərbaycan münasibətlərinə təsir edən əsas amillərdən biri də budur».
Sülhəddin Əkbər: «ABŞ neftin qiymətini aşağı salmaqla Rusiya başda olmaqla avtoritar ölkələri zəiflətmək istəyir»
NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər isə ehtimal edir ki, Azərbaycanla ABŞ arasında rəsmi soyuqluq və qarşılıqlı ittihamlar dünyada baş verən mövcud geopoltik qarşıdurma ilə əlanəlidir:
«Rəsmi Bakının ABŞ-a qarşı gözlənilməyənə sərt mövqe nümayiş etdirməsi ABŞ-ın Azərbaycanda olan maraqlarının qismən ödənilməsi ilə bağlıdır. Rəsmi Bakı ABŞ-ın iqtisadi və geopolitik maraqlarını təmin etməyə hazırdır. Amma bunun müqabilində rəsmi Bakı Vaşinqtondan demokratik tələbləri arxa plana keçirilməsini istəyir. Bu baş vermədiyinə görə isə Azərbaycan hakimiyyəti ABŞ-a qarşı daha sərt mövqedən çıxış edir. Əgər ABŞ Azərbaycan hakimiyyətinə qarşı demokratik tələblər qoymazsa, o zaman hesab edirəm ki, tərəflər arasında heç bir problemli məsələ qalmaz».
Sülhəddin Əkbər həmçinin hesab edir ki, rəsmi Bakı eyni zamanda yaralı rus ayısının qəzəbini öz üzərinə çəkmək istəmir və ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi nəticəsində iqtisadi itkilərinin əsas səbəbkarı olaraq ABŞ-ı görür:
«Bu gün Ukraynada baş verən inqilabdan sonra Rusiya yaralı ayını xatırladır və rəsmi Bakıda bu yaralı ayının qəzəbini öz üzərinə çəkmək istəmir. Ona görədə kəskin bəyanatlarla Rusiyanı özündən kənarda saxlamağa çalışır. Amma o da var ki, hakim siyasi elitada Rusiyaya bağlı şəxslər daha üstünlük təşkil edirlər. Bu durumda Rusiyanın Azərbaycandakı mövqeyi daha önə çıxır. Digər tərfdən artıq heç kimə sirr deyil ki, neftin qiymətinin kəskin şəkildlə aşağı düşməsi daha çox ABŞ iradəsi ilə baş verir və ABŞ bu yolla Rusiya başda olmaqla avtoritar ölkələri zəiflətmək istəyir. Neftin qiymətinin aşağı salınması isə Azərbpaycan iqtisadiyyatına ciddi zərbələr vurur. Bu durumda təbii ki, Azərbaycan ABŞ-a qarşı öz hiddətini gizlətmək istəmir. Çünki faktiki olaraq ABŞ-Rusiya qarşıdurmasında Azərbaycan iqtisadiyyatı milyardlar itirir».
Bundan başqa Sülhəddin Əkbər ABŞ-Azərbaycan münasibətlərinin keorlanmasında Türkiyə faktorunu da istisna etmir:
«Türkiyə faktorunu da istisna etmək olmaz. Türkiyə yeganə dövlətdir ki, bütün sahələrdə Azərbaycanın strateji müttəfiqi olaraq çıxış edir. Bu müttəfiqlik təbii faktorlara söykəndiyindən hesab edirəm ki, Türkiyə-ABŞ münasibələrindəki gərginlik Azərbaycan-ABŞ münasibətlərinə də təsir edir».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam