Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ankarada leysan yağışların yaratdığı sel-3 nəfərin həyatına son qoyub

Ankarada leysan yağışların yaratdığı sel 3 nəfərin həyatına son qoyub

Türkiyənin patyaxtı Ankarada aramsız yağan yağışlar 3 nəfərin ölümünə səbəb olub.

Yenixeber.org: Zirzəmidə qalan ana və 17 yaşlı qızını isə polislər boğulmaqdan son anda xilas ediblər.

Türkiyə bürosunun xəbərinə görə, bu haqda məlumatı Ankara valiliyi yayıb. Məlumatda bildirilib ki, 9 iyunda Ankaranın mərkəzi Çankaya rayonunda sel sularının apardığı 56 yaşlı A.Arslan, Etimesgut rayonunda iş yerinə dolan suyu təmizləmək istəyərkən elektrik enerjisinin vurması səbəbilə M.Altınışık və mənzilinə dolan sudan həyəcanlanıb infarkt keçirən M.Önder ölüblər.

Bildirilir ki, 2 saatdan çox davam edən leysan yağışları nəticəsində Ankaranın bəzi rayonlarında zirzəmiləri və binaların birinci mərtəbələrini su basıb. Küçələr, avtomobillər su altında qalıb, Ankara Böyük Şəhər Bələdiyyəsinin avtobusları da sel sularından saatlarla hərəkət edə bilməyib.

Qeyd edək ki, bu təbii fəlakətin səbəb olduğu faciə Ankarada əvvəllər də baş verib. Ötən il mayın 30-da da Ankaranın Bala qəsəbəsində sel suları 62 yaşlı bir qadını öldürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam