Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

Ermənilərdən informasiya təxribatı

 

Ermənistan tərəfinin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi və itkilər verməsi barədə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müdafiə Nazirliyi rəsmi şəkildə bəyan edib ki, erməni tərəfi bu tip informasiyaları dövriyyəyə buraxmaqla informasiya təxribatı həyata keçirirlər.

«Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir. Şəxsi heyət arasında itki yoxdur. Ermənilər bu kimi informasiyaları yaymaqla, ehtimal olunan, qarşıda həyata keçirmək istədikləri təxribatlar üçün zəmin yaradırlar. Bununla da, yeni informasiya təxribatı həyata keçirirlər», - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Ermənistan mətbuatı dekabrın 25-i saat 01:30-da Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiya cəhdinin olduğu, görülən tədbirlər nəticəsində Azərbaycan tərəfinin itki verərək geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?