Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Pakistana 8 milyard ayrılır- Razılaşma

Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar.

Yenixeber.org: Məlumata görə, bu barədə Pakistanın maliyyə naziri Əsəd Umar ölkənin Milli Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib. 

Ə.Umar deyib: "Pakistan BVF ilə 6-8 milyard dollar məbləğində maliyyə yardımı üzrə razılaşma imzalayacaqlar. Pakistanın nümayəndə heyətinin ABŞ-a səfəri zamanı BVF iki tərəfin nümayəndə heyətləri arasında danışıqlar zamanı Pakistan üçün yardım paketinin razılaşdırılmasını başa vurub. Razılaşma imzalanandan sonra Pakistan Dünya Bankı və Asiya İnkişaf Bankından vəsaiti alacaq".

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

 

Trend.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam