Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyadan yaşayan 500 min azərbaycanlı geri dönür

 

 

“Əmək miqrantları Rusiyanı kütləvi şəkildə tərk edirlər. Buna səbəb rublun dəyərdən düşməsi və miqrantların rus dilindən ödənişli imtahan verilməsinə məcbur edən qanun layihəsidir”.
"Xeberinfo.com":  APA-nın verdiyi məlumata görə, bunu Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Amin deyib. O bildirib ki, yeni ildən sonra miqrantların 25 faizi Rusiyanı tərk etməyi planlaşdırır: "Onlar başqa ölkələrdə fəaliyyətlərini davam etdirmək istəyirlər. Buna iki əsas səbəb var. Birinci səbəb rublun dəyərdən düşməsidir. İkinci səbəb isə 2015-ci il yanvarın 1-dən əmək miqrantlarının rus dili, tarixi və Rusiya qanunvericiliyindən məcburi imtahan verilməsi haqqında qanunun qüvvəyə minməsidir. Əsas səbəb ölkədəki iqtisadi vəziyyət və yeni ildən sonra miqrasiya qanunvericiliyinin sərtləşdirilməsidir".
M. Amin Rusiya ərazisində qalan qeyri-qanuni miqrantların sayının artacağını istisna etməyib. "Tacikistan Əmək Miqrantları" ictimayi təşkilatının sədri, Rusiyadakı tacik diasporunun rəhbəri Karomat Şaripov da Tacikistandan olan əmək miqrantlarının Rusiyadan getmək niyyətində olduğunu söyləyib: "Belə tendensiya var və bu, təkcə rus rublunun xarici valyutaya nisbətdə ucuzlaşması ilə bağlı deyil.
2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək miqrasiya ilə bağlı qanun çoxlarının cibinə uyğun deyil. İmtahanlar miqranta 30 min rubla (500 ABŞ dolları) başa gələcək. Bilet və işləməyə icazə, yəni əmək patentinin alınmasını nəzərə alsaq bu, rublun ucuzlaşması fonunda Rusiyaya işləməyə gələn miqrantların gəlirlərinə böyük zərbə olacaq". K. Şaripov bildirib ki, taciklərin çoxunun öz ölkələrində banklara borcları var.
Həmin borcları ödəmək üçün onlar başqa ölkələrdə iş axtarmalı olacaqlar. Tacik diasporunun rəhbəri bu vəziyyətin təhlükəli olduğunu da qeyd edib: "Keçmiş miqrantlar "muzdlu" döyüşçü ola bilərlər. Belə bir təhlükə var. Gənclər arasında belə müzakirələr gedir. Onların çoxunun Tacikistanda dollarla kredit borcları var. İstisna etmirəm ki, onlar qazanc dalınca "qaynar nöqtələr"ə yollanacaqlar".
Məlumata görə, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır ki, bunun da 1 milyonu artıq Rusiya vətəndaşlığını qəbul edib. Rusiya bazarlarında əmək miqrantı kimi çalışan 2 milyon azərbaycanlının 25 faizi geri dönsə, deməli gələn ildən 500 min azəraycanlı miqrantın göri dönüşü gözlənilir. Bu isə Azərbaycanın əmək bazarında gərginliyin artmasına səbəb olacaq. Eyni zamanda Rusiya vətəndaşlığını alan azərbaycanlıların da geri dönəcəyi gözləniləndir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam