Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kürd peşmərgələri İŞİD-ə qarşı

 

 

İraqın şimalında kürd qoşunları İŞİD üzərində mühüm taktiki qələbə əldə ediblər.
"Xeberinfo.com":  Məlumata görə, kürdlərin hərbi rəhbərliyinin yaydığı məlumata əsasən, kürd qüvvələri İŞİD-in avqustdan bəri mühasirədə saxladığı Sincar dağının mühasirəsini yara bilib.
Bölgədə şiddətli döyüşlər gedir. Həmin dağda İraqın İŞİD hücumundan qaçan minlərlə yezidi kürdü sığınacaq tapmışdı. Lakin İraq və Suriyanın geniş əraziləri İŞİD döyüşçülərinin nəzarətində hələ də qalmaqdadır.
Qeyd edək ki, dünən Pentaqon rəhbərliyi ABŞ aviasiyasının hava zərbələri nəticəsində İŞİD-in İraqda 3 səhra komandirinin məhv edildiyini bəyan edib.
Kürd qoşunlarının Sincar dağı ətrafında hücumu isə çərşənbə günü başlayıb. Hücuma havadan ABŞ hərbi aviasiyası dəstək verib.
Ümumi sayı 8 min olan kürd döyüşçüləri iki tərəfdən Sincar dağı istiqamətində hücuma keçərək, qaçqınların mühasirədən çıxması üçün dəhliz yaradıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam