Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Apple” Rusiyada satışlarını dayandırıb

 

Dünyanın texnologiya nəhənglərindən biri olan “Apple”, Rusiyadakı satışlarını rublda baş verən “həddindən artıq dalğalanma” səbəbi ilə müvəqqəti dayandırdığını açıqladı.

"Xeberinfo.com":  “Apple”dan verilən açıqlamaya görə, şirkət Rusiyada yalnız onlayn mağazası ilə fəaliyyət göstərəcəkdir.

“Apple” məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə “Apple mağazasını sizin üçün yenilədik. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq” mesajı yerləşdirilib.

“Apple”in Maliyyə Direktoru (CFO) Luca Maestri, “Məzənnənin təsirini yüngülləşdirmək üçün tətbiq etdiyimiz bir proqramımız var. Ancaq, bu müvəqqəti bir proqramdır” qiymətləndirməsini edib.

Şirkət, rublun ucuzlaşmasına indiyə qədər məhsullarının qiymətini artıraraq cavab verməyə çalışmışdı. “Apple”in bazara sentyabr ayında təqdim etdiyi “Iphone 6”nın Rusiyadakı qiyməti bir ayda 25% bahalaşıb. Ancaq, rubldakı enişin idarə edilə bilinməməsi şirkətin ölkədəki satışlarını müvəqqəti dayandırmasına gətirib çıxardıb.

RUBL 9 AYDA 50 FAİZ UCUZLAŞIB

Rublun dəyərdən düşməsi, ölkə iqtisadiyyatının beynəlxalq sanksiyalar və neft qiymətlərindəki sərt eniş səbəbi ilə gördüyü zərərin ən açıq göstəricilərindən biri olaraq qiymətləndirilir.

Rusiya Mərkəzi Bankı, rublun dollar qarşısında tarixin ən aşağı səviyyələrinə geriləməsinin ardından bazar ertəsi gecəsi təcili olaraq toplanaraq, uçot dərəcəsini 10,5%-dən 17%ə yüksəltmişdi.

Dünən axşam 1 dolların 70 rublden icra olunduğu Rusiyada, sanksiyaların başlamadığı Martın əvvəlində 1 dollar təxminən 36 rubl idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam