Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

1 avroya ev satılır- İtaliyada

Bu ev dünyanın ən gözəl məkanlarından birində yerləşir.

Yenixeber.org: İtaliyanın Sambuka-di-Siciliya qəsəbəsində gözəl mənzərənin açıldığı təpədə yerləşən mülk nə az, nə çox 1 avroya satılır.

Bu haqda “Life.ru” məlumat yayıb.

Ancaq bunun bəzi nüansları var. İlk növbədə şəhər hakimiyyəti əhalinin böyük şəhərlərə köçməsindən sonra boşalmaqda olan qəsəbənin inkişafına nail olmağa çalışır.

Yerli məmurlar alıcıların ən tez zamanda alqı-satqını gerçəkləşdirməsi üçün potensial alıcıları bürokratik problemlərdən azad etməyə söz verib.

Boş qalan evlər yerli administrasiyanın mülkiyyətində olduğundan, potensial alıcılar müqaviləni bilavasitə yerli hökumətlə bağlayacaq.

Alıcalar yuxarıda qeyd olunan məbləğə “əsrin alqı-satqısını” gerçəkləşdirsələr də, bir sıra şərtlərə mükəlləf olacaqlar.

Belə ki, alıcı həmin mülkün alqı-satqısından sonra onu üç il ərzində restavrasiya etməli olacaq; bu isə onlara 15 min avroya başa gələcək.

Bundan başqa təmir işlərinə başlamazdan əvvəl 5 min avro girov qoymalı olacaqlar. Qəsəbə administrasiyası restavrasiyanın başa çatmasından sonra həmin məbləği qaytarmağa söz verib.

Qəsəbənin meri Cuzeppe Kaçioppo əmin edir ki, alıcılar bu sövdələşmədən razı qalacaq. Çünki alacaqları ev dünyanın ən gözəl məkanlarından birində yerləşir.(


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam