Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Jirinovski artistləri tənqid etdi

"Bir kanaldan o biri kanala qaçmağı qadağan etmək lazımdır".

Yenixeber.org: Rusiyalı siyasətçi, Liberal-demokrat Partiyasının sədri Vladimir Jirinovski eyni artistlərin müxtəlif kanalların Yeni il şənlik proqramlarında iştirak etməsinə qadağa qoyulmasını təklif edib.

Siyasətçi bunu rusiyalıların heç olmasa Yeni il gecəsi seçim etmək hüquqlarının olması ilə əsaslandırıb.

Bu haqda V.Jirinovski dekabrın 12-də jurnalistlərə deyib.

“Axı nə qədər olar? İnsanlar artıq narazıdırlar və tələb edirlər ki, fərqli kanallarda müxtəlif insanlar və yeni simalar olsun. Bir kanaldan o biri kanala qaçmağı qadağan etmək lazımdır.

İnsanlar artıq bu səbəbdən televiziyaya baxmır. Ona görə də biz mədəni-əyləncəli proqramlarda yenilik tələb edən insanları dəstəkləyirik”, - deyə o bildirib.

Siyasətçi vurğulayıb ki, Rusiyada hər il istedad axtarışında olan çoxlu müsabiqə təşkil edilir və gənc ifaçılar üzə çıxır, lakin onları Yeni il şoularına buraxmırlar.

“Çox güman ki, onları sıxışdırırlar. Deməli, biz onlara yardım göstərməliyik. Gəlin hər il Yeni il şoularında çıxış edən ifaçıların heç olmasa üçdə birini yeniləyək”, - deyə Jirinovski özünün “Telegram” kanalında yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam