Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Komitə sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşdü

 

Komitə sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşdü

Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, səfiri səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin dah da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və Hindistan arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran Komitə sədri, həmçinin ticarət əməkdaşlığının genişləndiyini, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Səfər Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.

Səfir Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük xidmətində inkişafa nail olunduğunu deyib, iqtisadi sahədə, eləcə də gömrük işi sahəsində Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bölüşüb. Azərbaycan və Hindistan arasında qarşılıqlı əlaqələrin genişləndiyini deyən Sanjay Rana, bu əməkdaşlığın bir çox sahədə, eləcə də gömrük sahəsində böyük potensiala malik olduğunu söyləyib.

Görüşdə, yaxın zamanlarda imzalanması gözlənilən "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam