Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranda GÜCLÜ ZƏLZƏLƏ - Xəsarət alanların sayı 634-ə çatdı -FOTO/VİDEO (YENİLƏNDİ

 

İranda GÜCLÜ ZƏLZƏLƏ - Xəsarət alanların sayı 634-ə çatdı - FOTO/VİDEO

İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatıb. Zəlzələdə ölüm faktı qeydə alınmayıb.

Yenixeber.org:Bunu İranın Kirmanşah vilayətinin valisi Huşəng Bazubənd deyib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti yaxşıdır.

Vali əlavə edib ki, baş verən zəlzələdə su, elektrik və qaz kəsilməyib.

***

İrandakı dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərə çatıb.

Bu barədə yerli Press TV məlumat yayıb.

Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.

 

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.

Bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.

Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

 

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.

Bu barədə "PressTV" telekanalına istinadən xəbər verir.

 

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.

xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

 

İran - İraq sərhədində 6.3 maqnitudalı zəlzələ baş verib.

xəbər verir ki, yeraltı təkanların episentri Bağdaddan 150 km şimali-şərqdə olub.

Dağıntı və insan tələfatı haqda məlumat verilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam