Redaktor seçimi
Qoşqar Təhməzlinin də biznesi varmış-
SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI -
Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu-
Karolina Valiant da yoxlanılır?-
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! –
Qubanın icra başçısının Avropadakı biznesi ifşa olundu-
İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-
Məhkəmə qərarı belə icra olunur-
Günün xəbəri

Səudiyyədən geriyə addım:Yəmənə hücumlar dayandırıldı

 

Səudiyyədən geriyə addım: Yəmənə hücumlar dayandırıldı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə şiə husilərin nəzarəti altında olan Hudeyda strateji liman şəhərinə hücumları dayandırmaq barədə qərar qəbul edib.
 Yenixeber.org: Bu barədə üç mənbədən “Reuters”ə məlumat verilib. Mənbələrin sözlərinə görə, hücumların dayandırılması barədə qərar Qərb ölkələri, xüsusən də ABŞ-ın Yəməndə atəşkəsə dair tələbləri qarşısında güzəştli addımdır.

“Koalisiya Yəməndəki quru qüvvələrinə Hudeyda daxilində döyüşləri dayandırmaq barədə göstəriş verib”, - hərbi mənbələrdən biri deyib. Digər mənbə isə, koalisiyanın belə bir əmr verməsini təsdiqləyib.

Üçüncü mənbə isə bildirib ki, Səudiyyənin bu qərarı husilərin sülh danışıqlarında iştirakının təmin edilməsi üçün beynəlxalq birliyin atəşkəs barədə çağırışlarına cavabdır.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?