Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ İncirlik bazasına alternativ tapdı

    

ABŞ İncirlik bazasına alternativ tapdı
Rəsmi Afina ABŞ-ın Yunanıstanın Volos, Larisa və Dedeağac şəhərlərində hərbi baza yaratmasını təklif edib. 

 Yenixeber.org: Yunanıstanın müdafiə naziri Panos Kammenos Amerikaya rəsmi səfəri zamanı Pentaqonun rəhbəri Ceym Mettis ilə görüşündə belə təklif səsləndirb.
“Yunanıstan ABŞ-ı özünün yeganə strateji müttəfiqi və tərəfdaşı sayır. ABŞ-ın sadəcə Sudada deyil, Volos, Larisa və Dedeağac da daimi hərbi qüvvə saxlaması Yunanıstan üçün önəmlidir”, – deyə Kammenos vurğulayıb. 

ABŞ müdafiə naziri Ceyms Mettis isə yunan həmkarının təklifini müsbət dəyərləndirib: “Nazir Kammenos bu gün belə bir mövzunu gündəmə gətirdi. Bizim üçün açıq qapı var. Hərbi qüvvələrimizi Avropada necə yerləşdirəcəyimiz məsələsində yaxın müttəfiqimiz Yunanıstan ilə əməkdaşlığa hər zaman açığıq. Bu, Yunanıstanın suverenlik hüququnu və ABŞ-ı maraqlandıran bir mövzudur və məsələni birlikdə incələyəcəyik”, – Mettis deyib. 

Yunanıstan KİV-ləri isə yazır ki, ABŞ Yunanıstanın Qrit adasındakı Suda hərbi bazasını genişlətdirmək istəyir və buranı Türkiyənin İncirlik bazasına alternativ kimi nəzərdən keçirir. Bundan əvvəl isə ABŞ hərbi helikopterlərini Şərqi Avropaya göndərmək üçün Dedeağac limanından istifadə edib. Larisada isə ABŞ-ın “MQ9” hücum-kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatları yerləşdirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam