Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ukraynada hərbi anbardakı partlayış diversiyadır - Baş Qərargah

Ukraynada hərbi anbardakı partlayış diversiyadır - Baş Qərargah

Ukraynanın Çerniqov əyalətinin İçnya yaşayış məntəqəsində yerləşən hərbi anbarda baş verən irimiqyaslı partlayışlar Kiyevə qarşı təxribatdır 
Yenixeber.org:  Bu barədə Ukrayna Silahlı Qüvvələri baş qərargahının rəis müavini Rodion Timoşenko keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, partlayışın səbəbi kimi ən məntiqli ehtimal diversiya cəhdidir.
“Eyni anda iki partlayış, sonra 5 dəqiqəlik fasilə və yenə də iki partlayışın baş verməsi bunun diversiya olma ehtimalını artırır. Əgər anbarda sadəcə bir partlayış baş versəydi, yaxud orada insanlar işləsəydi və ya partlayış gündüz vaxtı olsaydı, onda daha böyük digər ehtimalların mümkünlüyündən danışmaq olardı” – Timoşenko bəyan edib. 

Qeyd edək ki, ötən gecə saat 03:00-da İçnyada Ukraynanın ən böyük hərbi anbarlarından birinin altıncı arsenalında ardıcıl partlayışlar olub. Nəticədə tənəffüs sistemində problem yaşayan 63 nəfər həkimə müraciət edib. Partlayışın baş verdiyi ərazidən 20 kilometrlik məsafə radiusunda qatar və avtomobillərin hərəkəti dayandırılıb, həmçinin, hava məkanı bağlanıb. 19 minə yaxın insan təxliyə edilib. Çerniqov əyalətinin hər yerində, o cümlədən Rusiya ilə sərhəd ərazilərində məhdudlaşdırıcı tədbirlər görülüb. 

İçnyadakı hərbi anbar 682 hektar ərazidə yerləşir. Anbarda patronlar, əl silahları, qumbara, raketlər də omaqla 130-150 min ton hərbi sursat saxlanılır. 

Partlayışlara görə Ukrayna Hərbi Prokurorluğu “hərbi vəzifəli şəxslərin ağır fəsadlara yol açan ehtiyatsız davranışları” maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam