Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şotlandiya referendumsuz Britaniyadan ayrıla bilər

    

Şotlandiya referendumsuz Britaniyadan ayrıla bilər
Şotlandiya müstəqilliyə dair ikinci referendumun keçirilməsinə ehtiyac duymadan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibindən çıxa bilər.
Yenixeber.org: Bu barədə Şotlandiya Milli Partiyasının üzvü Coanna Çerri Qlazqoda keçirilən partiya qurultayı çərçivəsində “Daily Telegraph”a müsahibəsində deyib. Onun sözlərinə görə, əgər hakim Milli Partiya Britaniyadakı ümumi seçkilərdə yaxşı nəticə əldə etsə, onda referendum keçirmədən də Birləşmiş Kralllıqdan ayrılmaq mümkündür. 

Çerrinin fikrincə, Şotlandiyanın Britaniyadan ayrılmasına dair qərar “demokratik üsulla” verilməlidir və bu üsulun referendum formasında olması heç də mütləq deyil. O həmçinin, Britaniya kraliçasının Şotlandiyaya rəhbərlik hüququndan məhrum edilməsi və dövlət quruluşunun dəyişdirilərək, monarxiyadan respublikaya keçilməsinin tərəfdarı olduğunu bildirib. 

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 4 ayrı inzibati ərazidən – İngiltərə, Şimali İrlandiya, Şotlandiya və Uelsdən ibarətdir. Şotlandiyanın yerli parlamentində çoxluq təşkil edən millətçilər ölkənin Krallıqdan ayrılmasını istəyirlər. Onların təşəbbüsü ilə 2014-cü ildə Şotlandiyada müstəqillik referendumu keçirilib. Lakin əhalinin 55 faizindən çoxu Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasının əleyhinə səs verib. Bununla belə, Şotlandiya parlamenti Britaniyanın Avropa İttifaqından çıxmasına dair şərtlərin tam aydın olmasından sonra – 2018-ci ilin sonu, yaxud 2019-cu ildə təkrar referendumun keçirilməsini dəstəkləyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam