Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yoxsul olduğu deyilən kişinin hesabından 18 milyon dollar çıxdı

Pakistanda yoxsul şəxsin 18 milyon dollardan çox pulu üzə çıxıb.

 

Yenixeber.org: Pakistanın Kəraçi şəhərində yaşayan 52 yaşlı Məhəmməd Əbdül Qədirin 2,3 milyard Pakistan rupisi (18 milyon ABŞ dollarından artıq) olan bank hesabı üzə çıxıb.

Şəhərin yoxsul məhəlləsində yaşayan və son vaxtlaradək faluda deyilən qızılgül suyu, süd və əriştə qarışığı sataraq gündə 500 rupi (4,6 dollar) qazanan savadsız M.Ə.Qədir Federal Təhqiqatlar Agentliyində (FTA) dindirilənədək nə qədər böyük sərvət sahib olmasından xəbərsiz olub.

Belə ki, 2014-2015-ci illərdə açılmış həmin bank hesabından 2016-cı ildə bütün vəsaitin çıxarıldığı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. FTA əməkdaşları Qədirin adına açılan bank hesabı vasitəsilə naməlum mənşəli pulların yuyulduğu qənaətindədir. Ümumiyyətlə, müxtəlif aztəminatlı şəxslərin adına açılmış və milyardlarla məbləğdə vəsaitlərin ötürüldüyü 77 buna bənzər hesab aşkar edilib. Bu işlərdə sabiq prezident Asif Əli Zərdarinin də əli ola biləcəyi bildirilir.

M.Ə.Qədir isə bank hesabı haqqında xəbər yayılandan sonra tanışların ona milyarder deyərək ələ saldıqlarından gileylənir, bu məsələnin başına cəncəl açacağından, quldurlar tərəfindən qaçırılacağı qorxusundan küçəyə çıxmadığını deyir.(report.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam