Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyanın daha bir aviaşirkəti iflasa uğrayıb

Rusiyanın “UTair” aviaşirkəti iflasa uğrayıb

 

           

                   Rusiyanın “UTair” aviaşirkəti defolt olub.

 
    “APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.
 
  "Xeberinfo.com": Qəzetin məlumatına görə, şirkət bunu iki istiqraz üzrə ödənişlərini (2,7 mln. rubl) yerinə yetirmə bilmədikdən sonra açıqlayıb.
 
Məlumata görə, “UTair-finance” törəmə şirkəti 2012-ci ilin noyabr ayında 1,5 mlrd. rubl dəyərində 3 il müddətinə istiqraz buraxıb. Hazırda ödənişin vaxtı bitsə də, şirkət öhdəliyini yerinə yetirə bilməyib.
 
Şirkətin rəhbəri Andrey Martirosov yaranmış vəziyyəti müvəqqəti çətinliklər olduğunu deyib.
 
Qeyd edək ki, “UTair” aviaşirkəti Rusiyanın üçüncü ən iri aviadaşıyıcısıdır.
 
Heydər Əliyev Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, “UTair” aviaşirkəti Bakıya uçuşları davam etdirir. Belə ki, şirkət Bakıdan Rusiyanın Surqut şəhərinə həftənin IV günləri saat 14:30-da, həftənin II, IV və VI günləri Moskvaya (Vnukovo hava limanı) və çərşənbə günləri isə saat 21:35-də Xantı-Mansiysk Muxtar dairəsinə uçuşlar yerinə yetirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam