Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ukraynada 8 həftədə 1000-ə yaxın insan həlak olub

thumbs (1)

     Noyabrın 20-də BMT-nin yaydığı hesabata görə, sentyabrda bağlanan atəşkəs tez-tez pozulduğu üçün Şərqi Ukraynada ötən ay ölüm hallarının sayı artıb. 

  "Xeberinfo.com": Ötən 8 həftə ərzində 1000-ə yaxın insan həlak olub. Xəbəri “Deutsche Welle” xəbər verir.

    Hesabata görə, sentyabrın 5-də Minsk atəşkəsi imzalandıqdan noyabrın 18-dək mülki əhali, Ukrayna əsgərləri, rusyönümlü separatçıların döyüşçüləri də daxil olmaqla, 957 nəfər həlak olub. “Ən yaxşı halda onu demək olar ki, atəşkəsə arabir riayət olunub”, – BMT-nin inan hüquqları üzrə komissarı Zeyd Raad əl-Hüseyn bildirib.

    Atışmalar nəticəsində orta hesabla günə 13 nəfər həlak olub. Oktyabrda verilən əvvəlki hesabatda isə gündə 10 nəfərin öldüyü bildirilirdi. Aprel ayından bəri Ukraynanın şərqində hökumətlə separatçılar arasında gedən döyüşlərdə ümumilikdə 4317 nəfər ölüb. Bu isə atəşkəs bağlanandan bəri ölüm hallarının sayının azaldığını göstərir. Bu statistikaya iyulda Malayziya hava yollarına məxsus təyyarədə ölən 298 nəfər də əlavə olunub. BMT hesabatına görə, 10 minə yaxın insan yaralanıb. Hesabat müəllifləri ən yaxşı halda bu cür ehtimal etdiklərini bildirirlər.

      İnsan hüquqları pozulur

     Bölgədə uzun sürən müharibə nəticəsində hər 2 tərəfdə ciddi insan hüquqları pozuntuları baş verib. Ukrayna əsgərinin sözlərinə görə, separatçılar onun “şanlı Ukrayna” döyməsi olan sağ qolunu baltalayıblar. Ukrayna qüvvələrinin əlinə keçən separatçılardan biri isə plastik torba ilə boğulduğunu və dəfələrlə döyüldüyünü bildirib. Kaset bombaların istifadəsi ilə bağlı da xəbərlər yayılıb. BMT bunun təcili və hərtərəfli araşdırılacağını bildirib.

    Atəşkəsdən bəri Ukraynanın şərqindən digər bölgələrə axışanların sayı 275 mindən 467 minə çatıb. Yarım milyona yaxın insan isə Rusiyaya qaçıb. Münaqişə başlayandan Rusiya və Qərb arasında münasibətlər “Soyuq müharibə”dən sonra ən pis vəziyyətə düşüb. Kiyev və bir çox Qərb ölkələri Moskvanı silah və döyüşçülərlə separatçıları dəstəkləməkdə günahlandırır. Rusiya isə bu ittihamları inkar edir.

    Müşahidəçilərə atəş açılır

 

    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəsin icrasına nəzarət edən beynəlxalq müşahidəçi komandasına noyabrın 20-də atəş açıldığını bildirib. ATƏT qeyd edib ki, Mariinka şəhəri yaxınlığında yük avtomobili üzərindəki 2 formalı şəxsdən biri onların avtomobilinə 2 dəfə atəş açıb. Hökumətin əlində olan Mariinka şəhəri separatçıların əllərində olan Donetskdən 15 kilometr uzaqda yerləşir. Ukrayna ordusu və Moskvanın tənqidi ilə üzləşən ATƏT həmin 2 şəxsin hansı ölkəyə mənsub olması haqqında məlumat verməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam