Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İndoneziyada ölənlərin sayı 1234-ə çatdı – FOTOLAR

İndoneziyada ölənlərin sayı 1234-ə çatdı – FOTOLAR

İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami nəticəsində həyatını itirənlərin sayı 1234 nəfərə çatıb

Yenixeber.org: xarici KİV-rə istinadən xəbər verir ki, bu gün səhər saatlarında İndoneziya hökuməti təbii fəlakət nəticəsində ölənlərin sayının artdığını bildirərək, dağıntılar altından ümumilikdə 1234 nəfərin cəsədinin tapıldığını açıqlayıb. 

Axtarış-xilasetmə işləri hələ də davam etdirildiyindən ölənlərin sayının artacağı istisna olunmur. Lakin zəlzələ dağlıq ərazidə baş verdiyindən texniki avadanlıqların və xiasedicilərin bölgədə sərbəst axtarışına əngəl yaranır. Bu isə xilasetmə işlərini çətinləşdirir. Ağır qaldırıcı avadanlıqların qıtlığı da xilasedicilərin dağıtılar altında qalan insanlara yetişməsinə mane olur.

Qeyd edək ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb. Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki, yuyulub və dağıntılar altınla minlərlə insan qalıb. Hökumət epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi yaxınlığındakı ərazidə 1300 qurbanı dəfn etmək məqsədilə kütləvi məzar hazırlanması barədə könüllülərə təlimat verib. İndoneziya hökuməti təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar ayırıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam