Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kraldan gözlənilməz ADDIM: ilk dəfə bir qadını... -FOTO/VİDEO

 

Kraldan gözlənilməz ADDIM: ilk dəfə bir qadını... - FOTO/VİDEO

Son aylar qadınların hüquqları ilə bağlı bir sıra tarixi qərarlar qəbul edilən Səudiyyə Ərəbistanında daha bir ilk yaşanıb.

Yenixeber.org: Ölkə tarixində ilk dəfə bir qadın rəsmi televiziya kanalında xəbər bülletenini təqdim edib.

Viam ed-Dahil adlı qadın aparıcı ölkənin rəsmi telekanalı olan “Es-Suudiyye”də tamaşaçıların qarşısına çıxıb. Livan Amerika Universitetinin məzunu olan Dahil daha əvvəllər “Əl-Hayat” qəzeti, “Əl-Cəzirə” və “Əl Ərəb” telekanalları kimi KİV-lərdə çalışıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son vaxtlar qadınlara avtomobil sürmək, Ədliyyə Nazirliyində işləmək və idman tədbirlərini birbaşa stadionlardan izləmək kimi hüquqlar verilib. “2030 vizionu” proqramına əsasən, qadınların əmək bazarında payının 22 faizdən 30 faizədək qədər artırılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam