Redaktor seçimi
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Günün xəbəri

Ermənistanın müdafiə naziri ordunu idarə edə bilmir

Ermənistanın müdafiə naziri ordunu idarə edə bilmir

Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfəri zamanı burada yerləşən hərbi hissələri ziyarət edib. Bu ziyarətin əsas səbəbi də son zamanlar Ermənistan ordusunda əsgər ölümlərinin artmasıdır
Yenixeber.org: Bu fikirləri  açıqlamasında analitik Ehtiram Aşırlı bildirib. Onun sözlərinə görə, böyük ehtimal, onun işğal altındakı Dağlıq Qarabağa səfər etməsi məhz oradakı hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxsin intihar etməsi ilə əlaqədardır. Qeyd edilməlidir ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu və qondarma rejimdə əsgər ölümləri ilə bağlı hadisələr daha geniş yayılıb.

Analitik bildirib ki, Aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir. Ermənistanın müdafiə naziri D.Tonoyan isə bu məsələləri həll etməkdə çətinlik çəkir, çıxış yolunu da həqiqətləri xalqdan gizlətməkdə görür. 

"Həmçinin D.Tonoyan “Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli botinka və formalarla təmin ediləcək” şəklində bəyanatlar səsləndirərək xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru getdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən Ermənistan ordusunda vəziyyət yaxşıya doğru gedirsə onda niyə erməni “dığa”ları xidmət etməkdən boyun qaçıraraq intihara cəhdə edirlər?".
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar