Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BMT-dən kritik açıqlama – Bu, soyqırımdır!

 

BMT-dən kritik açıqlama – Bu, soyqırımdır!
Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmadakı Rohinca müsəlmanlarının soyqırıma məruz qaldıqlarını bəyan edib
Yenixeber.org: BMT İnsan Hüquqları Şurasının Rohinca müsəlmanlarının qırğını üzrə faktaraşdırıcı missiyası 432 səhifəlik yekun hesabatda Myanmanın Arakan (Rakxayn ) vilayətinin daimi sakinləri olan müsəlman azlıqlara qarşı Myanma ordusunun davranışını soyqırım kimi qiymətləndirib. Belə ki, Myanma ordusunun təcavüzkar hərəkətləri soyqırım aktını təsbit edən 5 maddədən 4-nə uyğun gəlib. 

Hesabatda tələb olunur ki, Myanmanın bütün hərbi rəhbərliyi və ordu komandanlığı Rohinca müsəlmanlarına qarşı soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə mühakimə olunmalıdırlar. Həmçinin, BMT kimi bir qurumun indiyədək Arakanda baş verən insan dramı və soyqırıma səssiz qalması, Rohincalılara qarşı qırğının ən şiddətli vaxtında sadəcə baş verənlərdən “narahatlıq keçirdiyini” ifadə etməklə kifayətlənməsi ciddi şəkildə qınanıb. 

BMT-nin Myanma üzrə faktaraşdırıcı missiyasının üzvləri bu hesabatı 18 aylıq gərgin və hərtərfəli iş, 850-dən çox detallı və dərin təhlilli müsahibələr nəticəsində tərtib edərək belə qənaətə gəliblər. Bununla da, Myanmanın müsəlman azlıqlara qarşı soyqırım həyata keçirdiyi öz təsdiqini tapıb. 



Qeyd edək ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan (Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar törətmiş, kəndləri yandırmışdı. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərmişdi. 

Arakandakı qırğınlar nəticəsində minlərlə Rohica müsəlmanı qətlə yetirilib, 700 mindən çoxu isə qonşu Banqladeşə qaçıb, yaxud sərhəd əraziyə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca “terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmaları ilə bağlı iddialar yalandır. 

BMT-nin daha əvvəlki hesabatlarına əsasən, Rohincalılar dünyada ən çox təqib olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar hesab edirlər. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına qarşı baş verənlər soyqırımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam