Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Meksika ABŞ-ın 20 milyonluq təklifini yalanladı

Meksika ABŞ-ın 20 milyonluq təklifini yalanladı

İyuldakı seçkilərdə qələbədən sonra Meksikanın yeni qurulacaq hökuməti ABŞ-ın miqrantlarla bağlı pul yardımı təklifinin real olmadığını bildirib

 Yenixeber.org: ABŞ prezidenti Donald Trampın administrasiyasının Meksikadan keçərək Mərkəzi Amerika ölkələrindən ABŞ-a axın edən 17 min miqrantın təyyarə və avtobuslarla geriyə qaytarılması üçün xarici yardım fondundan Meksikaya 20 milyon dollar təklif etdiyi bildirilir. Maliyyə yardımında məqsəd həmçinin, Meksikanın öz sərhədlərində nəzarəti gücləndirərək qanunsuz miqrantları həbs etməsinə kömək göstərməkdir. 

Lakin Meksikanın dekabrdan fəaliyyətə başlayacaq yeni hökumətində daxili işlər naziri vəzifəni tutacaq Sançez Kordero bəyan edib ki, miqrantlarla bağlı məsələnin həllində kömək üçün Vaşinqtondan heç bir təklif gəlməyib. 

“Bu təklif hansısa formada danışıqlar masasına çıxarılmayıb”, – deyə Kordero vurğulayıb. Lakin Meksikanın hazırkı prezidenti Enrike Pena Nyetonun fəaliyyətdə olan hökuməti bundan əvvəl bildirmişdi ki, onlar ABŞ-ın təklifini dəyərləndirməyə davam edirlər. 

Qeyd edək ki, Mərkəzi Amerika və Meksikadan ABŞ-a axın edən qanusuz miqrantları “cinayətkarlar” adlandıran Donald Tramp onların ölkəyə girişinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divar çəkilməsini təklif etmişdi. Təkcə avqust ayında Meksikadan ABŞ-a qanunsuz gələn miqrantların ailə üzvlərinin həbsi 38 faiz artıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam