Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İsrail Qəzza ilə sərhədi açdı

İsrail Qəzza ilə sərhədi açdı

İsrail hökuməti Qəzza sektoru ilə sərhəddəki “Erez” nəzarət-buraxılış məntəqəsini yenidən açmaq barədə qərar qəbul edib
 Yenixeber.org:bu barədə “The Times of Israel” qəzeti bildirib. Nəzarət-buraxılış məntəqəsinin yenidən açılmasına səbəb son zamanlar İsraillə Qəzza sərhəddində nisbi sakitliyin hökm sürməsidir. 

“Erez” nəzarət-buraxılış məntəqəsi fələstinlilərin iştirakı ilə kütləvi iğtişaşlar səbəbindən 5 sentyabr tarixində bağlanmışdı. “Geriyə qayıdış marşı” keçirən fələstinlilər İsrail işğalına etiraz edərək daş və digər obyektlər atmaqla sərhəd-keçid məntəqəsinin infrastrukturuna ziyan vurmuşdular. Təmir işləri bitməyənə və vəziyyət sakitləşməyənədək İsrail hökuməti “Erez” nəzarət-buraxılış məntəqəsini bağlamaq qərarına gəlmişdi. 

Qeyd edək ki, Qəzzanın şimalında yerləşən “Erez” nəzarət-buraxılış məntəqəsindən əsasən, İsrail hökumətinin icazəsi ilə humanitar və tibbi məqsədlə rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və fələstinlilərin Qəzzaya giriş-çıxışı üçün istifadə olunur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam