Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Britaniya ordusunda ciddi kadr problemi yaranıb

Britaniya ordusunda ciddi kadr problemi yaranıb

Böyük Britaniyanın Silahlı Qüvvələrində ciddi şəkildə peşəkar hərbi kadr çatışmazlığı yaranıb. Belə ki, bu ölkə hərbi təyyarə pilotları, mühəndislər, kəşfiyyat məlumatlarının analizi üzrə və digər məsələlərlə bağlı kadrlara böyük ehtiyac duyur

 Yenixeber.org: bu barədə Britaniya parlamentinin dövlət büdcəsinin icraatı məsələləri üzrə komitəsinin hazırladığı hesabatda deyilir. Sənədə əsasən, 2018-ci ildə Britaniya ordusunda hərbi pilotlar zəruri olan və nəzərdə tutulan rəqəmdən 23%, mühəndislər 17%, kəşfiyyat analitikləri isə 26% əskikdir. 

“2018-ci ilin yanvarında Böyük Britaniyanın Silahlı Qüvvələrində müntəzəm qaydada son illərin ən böyük kadr çatışmazlığı qeydə alınıb. Bu, çoxdan müşahidə olunan problemdir və 2022-ci ilədək orduda 8200 nəfər hərbi mütəxəssis çatızmazlığı probleminin öz həllini tapacağı gözlənilmir”, – deyə parlamentin hesabatında bildirilir.

Həmçinin vurğulanır ki, bu il çox az sayda qadın və etnik azlıq nümayəndələri Britaniyaordusunda xidmətə qəbul olunub. 

Lakin kadr çatışmazlığı Britaniya Silahlı Qüvvələrinin yeganə problemi deyil. Britaniyanın Milli Maliyyə-Audit İdarəsinin mütəxəssisləri qeyd edirlər ki, 2017-2027-ci illərdə Birləşmiş Krallığın hərbi gəmilər, reaktiv təyyarələr və sualtı qayıqlar alması üçün hərbi büdcədə 21 milyard funt-sterlinq (təqribən 30 milyard ABŞ dolları) vəsait çatışmır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam