Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məşhur reper narkotikaya qurban getdi - VIDEO - FOTO

 

Məşhur müğənni Ariana Qrandenin sabiq sevgilisi, 26 yaşlı amerikalı reper, əsl ad və soyadı Malkolm Ceyms MakKormik olan Mak Miller 26 yaşında keçinib. Onun ölüm səbəbi narkotik maddəni ifrat miqdarda qəbul etməsidir.

 

Yenixeber.org: Reperin cəsədi ABŞ-ın Kaliforniya ştatının cənubunda, San-Fernando vadisindəki evində tapılıb.

Dostu Maka dəfələrlə zəng etsə də, cavab ala bilməyib. Belədə o, təcili yardıma zəng vurub.

Evə yollanmış polislər və təcili yardım heyəti Mak Millerin öldüyünü görüblər.

Mak Miller uzun müddətdən bəri narkotik maddələr qəbul edirdi. 2018-ci ilin mayında məhz narkotik maddələrdən asılılıq səbəbindən sevgilisi Ariana Qrande onunla münasibətləri kəsmişdi. Elə həmin ay Mak Miller narkotik maddə qəbul edərək maşın sürmüş, qəza törətmiş, hadisə yerindən qaçmışdı.

Mak Miller narkotiklərdən qurtulmağa çalışdığını söyləyirdi.

"Evdən eşiyə çıxa bilməyən narkoman yerinə, ən adi, sıravi ağdərili reper olmağa üstünlük verərdim. İfrat miqdarda narkotika qəbul edərək ölməklə tarixə düşməyəcəksiniz. Siz, sadəcə, öləcəksiniz",  -Miller demişdi.

Mak Miller reper olmaqla yanaşı, bəstəkar, hip-hop ifaçısı və prodüser idi.

O, 2011-ci ildə "Donald Tramp" kompozisiyasının videoklipinə YouTube-da 102 milyon dəfədən çox baxılandan sonra məşhurlaşmışdı.

Reperin son mahnısı videoklipi iyulun 12-də YouTube-a yüklənmiş "Self Care"dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam