Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

191 min miqrant ABŞ-dan qovulub

    

191 min miqrant ABŞ-dan qovulub
Cari ilin 9 ayı ərzində ABŞ hökuməti 191 min qanunsuz miqrantı Amerikadan qovub. Miqrantların ölc6kədən deportasiya edilməsilə bağlı hazırkı proses 30 sentyabrda başa çatacaq.
Yenixeber.org: Bu barədə “The Washington Times” qəzeti ABŞ Federal İmmiqrasiya və Gömrük Nəzarət Xidmətinin statistikasına əsasən məlumat yayıb. Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu dəfə deportasiya olunan miqrantların sayı 9% çox olub. 

Statistikaya görə, ABŞ-dan qovulan miqrantlar əsasən gizlin şəkildə ölkəyə daxil olmaq istəyərkən Meksika ilə sərhəddə tutulanlar və Amerika ərazisində müxtəlif qanun pozuntuları törətdiklərinə görə həbs edilənlərdir. Bu il cinayət törədərək həbs olunan həmin miqrantların sayında isə 17% artım baş verib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkədəki bütün miqrantların qovulmasını tələb edir. Trampın fikrincə, Amerikadakı miqrantların hamısı “heyvan” və cinayətkar, ABŞcəmiyyəti və ölkənin milli təhlükəsizliyi üçün böyük risk mənbəyidirlər. Bu cür mövqeyinə görə Tramp ciddi tənqid obyektinə çevrilib, beynəlxalq təşkilatlar ABŞ-ı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər. Hazırda Amerikada 12 milyondan çox qanunsuz miqrant yaşayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam