Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ukrayna prezidenti Konstitusiya Günündə keçirilən tədbirə azərbaycanlıları dəvət edib

 

 Ukraynanın prezidenti Pyotr Poroşenko Konstitusiya Günü ilə bağlı Kiyevdə ölkənin tarixi şəxsiyyəti, orta əsrlərdə ilk dəfə ölkə Konstitusiyasını tərtib edən Pilip Orlikin abidəsi önündə təşkil etdiyi mərasimə azərbaycanlıları da dəvət edib
 
Yenixeber.org: Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK)  verilən məlumata görə, konqres sədri və Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyevin də dəvət aldığı tədbirdə müxtəlif millətlərin nümayəndələri, dövlət, hökumət və parlament rəsmiləri də iştirak edib.
Çıxışı zamanı P.Poroşenko Ukraynanın millətindən asılı olmayaraq bütün vətəndaşların vahid vətəni olduğunu, Konstitusiyasının hər kəsə bərabər və yüksək standartlara malik hüquq verdiyini xatırladıb.
Prezident qeyd edib ki, 1710-cu ildə Pilip Orlikin tərtib etdiyi Ukraynanın ilk Konstitusiyası dünyanın ilk demokratik ali qanunverici sənədidir: “Eyni zamanda hazırda parlamentə Konstitusiya ilə bağlı təklif edilən dəyişikliklərdə demokratik prinsiplər daha da təkmilləşdirilir, Ukraynanın Avrozonaya istiqaməti möhkəm formada dəyişilməz qalır”.
O, ölkə vətəndaşı olan etnik xalqların da Ukraynanın suverenliyi uğrunda fəaliyyətini təqdir edib. Mərasim müxtəlif çıxışlarla davam edib.
Qeyd edək ki, 28 iyun Ukraynada Konstitusiya Günüdür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam