Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Prezident xanımlarının həyat yoldaşları ilə bağlı etirafları…

 

Prezidentlər qədər onların həyat yoldaşlarının da hərəkətləri medianın maraq dairəsində olub


Yenixeber.org:  Publika.az-a istinadən prezident xanımlarının mətbuata verdiyi müsahibələrdən yaddaqalan etiraflarını təqdim edir:
“Birinə dünya üzərində hakimiyyət, digərinə isə dünyanı idarə edən kişi üzərində hakimiyyət lazımdır”, – Jaklin Kennedi;
“Hər gün səni qorxudan bir iş görmək lazımdır”, – Eleonora Ruzvelt;
“Heç kim öz razılığınız olmadan sizdə natamamlıq hissi yarada bilməz”, – Eleonora Ruzvelt;
“Hər istədiyini etməyə meylli olmağın əleyhinəyəm. Hər cür sərbəstlik insanı azad etmir. Həyatın mənası bundan ibarət deyil. Əminəm ki, prinsip etibarı ilə sərhədsiz azadlıq ola bilməz. Artist və görkəmli siyasi xadimin həyat yoldaşı kimi mənə elə gəlir ki, qarşımda bir neçə məhdudiyyətlər, eləcə də hərdənbir poza biləcəyim əhəmiyyətsiz qaydalar olmalıdır”, – Karla Bruni;
“Kişi qadının qəlbində də, yatağında da həmişə birinci olmaq istəyir. Qadın isə hər zaman sonuncu olmaq arzusundadır”, – Karla Bruni;
“Hər məsələdə ideal olmağa can atmaq lazım deyil, əks halda sonsuzadək əzab çəkəcəksən”, – Karla Bruni;
“Biz hər zaman yadda saxlamayıq ki, həyata pozitiv tərəfdən baxmaq lazımdır, gündəlik xeyirxah əməllər isə möhkəm sağlamlığın zəmanəti ola bilər”, – Hillari Klinton;
“Tənqidə ciddi yanaşmaq vacibdir, lakin onu ürəyinə yaxın qəbul etmək lazım deyil”, – Hillari Klinton;
“Tam iş günü anayam. Bu, mənim birinci və ən vacib vəzifəmdir”, – Melaniya Tramp;
“Siyasətlə məşğul olmamağa üstünlük verərdim. Bu, ərimin işidir”, – Melaniya Tramp;
“Xoşbəxtlik yoluxucu olmalıdır. Əgər xoşbəxtsənsə, onu başqaları ilə də paylaş”, – Lyudmila Putina;
“Ölkəmizdə yalnız imtiyazlı şəxs – uşaqlardır!”, – Eva Peron;
“Fanatizmsiz heç nəyə nail olmayacaqsan”, – Eva Peron;
“Hətta prezidentin həyat yoldaşı olsa belə o, ilk növbədə qadın, ailədə sevgi və sülhün təminatçısıdır”, – Mehriban Əliyeva;
“Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır”, – Mehriban Əliyeva;
“3000 cüt ayaqqabımın olması yalandır, məndə yalnız 1060 cüt var”, – İmelda Markos;
“Həyatda ən vacib iş səni yaxşı edən insanları tapmaqdır”, – Mişel Obama;
“İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim”, – Mişel Obama;
“Düşünürəm ki, haşiyədən kənara çıxmaq mənim ən yaxşı üstünlüyümdür. Bu, daim ərinin həyatı ilə yaşayıb, onun işi ilə nəfəs alanda sənə çox kömək edir. O, yumruğunu masaya vurmaq üçün evə gəlir, axı yazıq kişi də nə cürsə dincəlməlidir”, – Jaklin Kennedi;
“Əlbəttə ki, nəsə bir sirr var. İki insanı birləşdirən cazibə qanunları və hisslərin sirri. Məhz o insanlar bir-birinə ehtiyac duyur. Bu, heç bir məhkəməyə və elmi qanunlara tabe olmur. Nə yaxşı ki, dünyada gizli nəsə var”, – Raisa Qorbaçova;
“Mən heç vaxt və heç bir halda məhkumluqla barışa bilmərəm”, – Raisa Qorbaçova;
“Yalnız məni birinci ledi çağırmayın. Bu, yarış atının ləqəbi kimi səslənir”, – Jaklin Kennedi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam