Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Bu, tamamilə yeni parlament olacaq”

 

69498_res_01

 

 

 

 

 

“Mənim fikrimcə, bu, tamamilə yeni parlament olacaq. İnqilabdan sonra bərqərar olan yeni ölkəmizə və onun yeni xalqına uyğun bir parlament. Görürsünüz, burada – anti-terror əməliyyatının getdiyi bölgədə çoxlu sayda insan səsverməyə gəlib. İnsanlar aktiv şəkildə seçkiyə gedib islahatlara səs verirlər”.

   "Xeberinfo.com": Ukrayna prezidenti Pyotr Poroşenko bunu Kramatorsk şəhərində səs verərkən deyib. Şəhər bir müddət öncə rusiyameylli separatçılardan alınıb və hazırda onlarla təmas xəttində yerləşir. Poroşenko seçiciləri “islahat aparmağa qadir, korrupsiyalaşmamış, sovetyönümlü yox, avropayönlü parlament” seçməyə çağırıb.

Oktyabrın 26-da Ukraynada parlament seçkiləri keçirilir. Rusiyameylli separatçıların tutduğu ərazilərdə 15 seçki dairəsi fəaliyyət göstərmir. Nəticədə 450 yerlik parlamentdə 27 kürsü boş qalacaq.

Seçki günü prezident P.Poroşenko Donbasa sürpriz səfər edib.

Keçmiş bas nazir Yuliya Timoşenko və onun həyat yoldaşı Oleksandr Timoşenko da parlament seçkilərində səs veriblər. Bunun üçün onlar oktyabrın 26-da Dnepropetrovskdakı seçki məntəqəsinə gediblər.

Timoşenkonun “Batkivshina” Partiyası indiki baş nazir Arseni Yatsenyuk da daxil olmaqla bir neçə tanınmış üzvünün partiyadan getməsindən sonra parlamentdə kürsü qazanmağa çalışır.

Yatsenyukun yeni yaratdığı Xalq Cədhəsi Partiyasının parlamentə keçəcəyi gözlənilir. Eləcə də ultra-millətçi Oleq Lyaşkonun Radikal Partiyasının. Kommunist Partiyasınınsa parlamentdə olacağı gözlənilmir.

Lyaşko oktyabrın 26-da deyib ki, partiyası parlamentə keçsə, radikal islahatlar aparacaq, “vəziyyəti radikal şəkildə dəyişəcək”.

Oktyabrın 24-də prezident bildirib ki, onun partiyası seçkilərə “situasiyalarda radikal dəyişiklik etmək və radikal islahatlar üçün gedir”.

Ukraynadakı sorğu nəticələri göstərir ki, xalq korrupsiyanın olmamasını, iqtisadi və demokratik islahatların olmasını gözləyir.

Ancaq Ukraynanın şərqindəki konflikt seçkilərin üzərinə kölgə salır.

​Ukrayna ordusunun sözcüsü bildirir ki, atəşkəs olmasına baxmayaraq, oktyabrın 24-dən bəri 10 əsgər yaralanıb.

Ukraynanın Mərkəzi Seçki Komissiyası sentyabrn 25-də saytının kiber hücumlara məruz qaldığını deyib.

Daxili işlər naziri Arsen Avakov deyib ki, səsvermə günü təhlükəsizliyin qorunmasına hüquq mühafizə orqanlarının 140 mindən çox əməkdaşı cəlb edilib.

Ukraynada 36 milyon yarım insan seçici kimi qeydiyyatdan keçib.

Bunların 4 milyonu rusiyayönlü qüvvələrin nəzarətində olan Donetsk və Luqansk vilayətində yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam