Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avropada möhtəşəm layihə- 4 milyard avroya

 İsveç və Danimarka hökumətləri Kopenhagen və Malmö şəhərlərini birləşdirən sürətli metro xətti çəkilməsini planlaşdırırlar

Yenixeber.org: Kopenhagen meri Frenk Censen və Malmö meri Katrin Styernfeldt Cammex Malmödə keçirilən görüşdən sonrakı mətbuat konfransında bu iki şəhər arasında metropolitenin 2035-ci ilə qədər tikilə biləcəyini söyləyiblər.
Onların sözlərinə görə, sürətli nəqliyyat əlaqəsi yeni iş yerləri açılmasını təmin edəcək, sərnişinlərin yolda olma müddətini qısaldacaq və regionun investisiya potensialını yaxşılaşdıracaq.
Hazırda İsveç ilə Danimarka arasında avtomobil və dəmiryol əlaqəsi Eresunn körpüsü vasitəsilə həyata keçirilir. Yeni metro xətti bu körpüdən və Eresunn körfəzindən keçəcək.
Bu gün Eresunn körpüsündən avtomobil və dəmiryol xətlərinin ümumi buraxıcılıq qabiliyyəti 1,3 milyon nəfərdir. Metro istifadəyə veriləndən sonra isə bu rəqəm təqribən 2,3 milyona çatacaq.
Şəhərlər arasında qatarların 1,5 dəqiqə intervalla yola düşməsi nəzərdə tutulur. İki şəhər arasında yola sərf edilən vaxt 23 dəqiqə olacaq, bu isə hazırda həmin məsafənin qət edilməsi üçün zəruri vaxtdan iki dəfə azdır.
Malmö meri Katrin Styernfeldt Cammex qeyd edib ki, metro Şimali Avropanın işgüzar bazarı üçün strateji əhəmiyyət kəsb edir. Şimali Avropa ölkələri Avropanın xəritəsində daha mühüm nöqtəyə çevrilə bilərlər.
Qeyd edək ki, metro layihəsinin hazırlanması ilə əlaqədar işlərin görülməsi üçün Danimarka və İsveçin biznes nümayəndələrindən və tədqiqatçılardan ibarət məşvərət şurası yaradılıb. Yerli KİV-lərdə verilən məlumata görə, layihənin nəzərdə tutulan dəyəri 30 milyard Danimarka kronuna (təxminən 4 milyard avroya) bərabərdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam